backend

Şabranda Pirədil Bələdiyyə sədrinin cinayət əməlləri

Şabranda Pirədil Bələdiyyə sədrinin cinayət əməlləri


Fərari və saxtakar Bələdiyyə sədri Cəmaləddin Nuriyev Pirədil Bələdiyyəsinə aid olan torpaq sahələrini özünün və icra başçısının şəxsi mülkiyyəti sayır


Baş Prokrorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Respublika Kənd Təssərüfatı Nazirliyi tərəfindən Baş Prokrorluğa daxil olmuş material Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılır və həmçinin Şabran rayonunun Zeyvə, Çölquşçu, Pirbədil və Çuxurzəmi kəndlərinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və yerli bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyatlərindən sui-istifadə etməklə kənd sakinlərinin güya buğda əkmələri barədə sənədlərə yalan məlumatlar daxil edərək buğda istehsalınin stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən ayrılmış 11.670 manat pul vəsaitinin mənimsənilməsində şübhələr üçün əsas olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb və hazırda həmin iş üzrə istintaq tədbirləri davam etdirilir.
qaynarxett.az-ya müraciət edən Bakı şəhəri, Nəsimi rayonu Qulu Quliyev küçəsi, 11/13, mənzil 73 ünvanında yaşayan, Azərbaycan Vətən Müharibəsi veteranı, 1990-cı il 20 yanvar hadisələrində yaralanmış İlham Qurbanov bildirir ki, Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Cəmaləddin Nuriyev Müzəfəddin oğlunun müharibə illərində fərarilik etməsi və sonradan saxta yolla hərbi bilet əldə etməsi ilə bağlı onun Respublika Hərbi Prokurorluq orqanlarına etdiyi müraciətlər əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən 29 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1 və 320.2 maddələri ilə cinayət işi başlanılaraq, istintaqı üçün Bakı Hərbi Prokurorluğuna göndərilmişdir. İlkin təhqiqatlar isə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən 2012-ci ilin iyun ayından başlanılıb və 17 may 2013-cü il tarixdə başa catıb...
Bakı Hərbi Prokurorluğu tərəfindən istintaq aparıldıqdan sonra Cəmaləddin Nuriyevin fərarilik etməsi şəxsən özünün etirafı əsasında sübut olunmuşdur.
Belə ki, Cəmaləddin Nuriyev 16 may 2013-cü il tarixdə Bakı Hərbi Prokurorluğuna ərazi ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təksirli bildiyini göstərmiş və həmin cinayət əmələrini törətmiş olduğu vaxtan uzun müddət keçməsini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir və həmin cinayət işi üzrə istintaqa xitam verilmişdir. Həmçinin Cəmaləddin Nuriyevin adına keçmiş Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən 13.02.2001-ci il tarixli AO 0314842 nömrəli hərbi biletin ləğv edilməsinə qərar verilmişdir: “Xüsusi ilə vurğulayıram ki, Bakı hərbi Prokrorluq tərəfindən qeyri obyektiv yanaşılması nəticəsində Cəmaləddin Nuriyevin və bu işdə onunla əlaqəli şəxslərin məsuliyyətdən yayınmasına münbit şərait yaradılmışdır. Halbu ki, 1971-ci il tavvəlüdlü Cəmaləddin Nuriyev saxta yolla əldə etdiyi hərbi biletdən 35 yaşına qədər, 2006-cı ilə qədər istifadə etmişdir. 2006-cı ildən 2012-ci illə qədər 6 il keçmişdir ki, bu halda Bakı Hərbi Prokrorluğu tərəfindən müddət keçməsini əsas götürmək olmazdı. Bakı Hərbi Prokrorluğunun materialerının bir cox maraqlı məqamlara, Azərbaycan Respublikası Səfərbərlik Xidmətinin bir cox əməkdaşlarının Cəmaləddin Nuriyevlə mütəşəkkil cinayətdə aydınlıq gətirir. Lazım gələrsə mən belə bir material təqdim edə bilərəm.”
İlham Qurbanov daha sonra bildirir ki, Bələdiyyə sədri Cəmaləddin Nuriyev ona vəzifəsində qalmasına şərait yaradan və öz şəxsi maraqları üçün onun imkanlarından istifadə edən Şabran rayon İcra Hakimiyyətinin Başçısı Novruz Novruzova arxalanır: “Bu adamların hər ikisi Şabran caamatına qan udurur. Kənd əhalisinin, eyni zamanda Ermənistandan qaçqın düşmüş vətəndaşların pay torpaq sahələrini müxtəlif yollarla ələrindən alırlar. Pirəbədil bələdiyyəsinə aid olan bütün məsələri Cəmaləddin Nuriyev yalnız özü həll edir. Bələdiyyə üzvləri heç bir hüquqa malik deyillər. Birdə ki, bələdiyyə üzvləri Cəmaləddin Nuriyevin öz yaxın qohumlarıdır. ”
Şikayətçi qeyd edir ki, fərari və saxtakar Cəmaləddin Nuriyev Pirədil bələdiyyəsinə aid olan torpaq sahələrini özünün və icra başçısının şəxsi mülkiyyəti sayır, yüksək vəzifəli məmurlara bağışlayır, onlara ev və villalar tikirlər ki, vəzifəllərini itirməsinlər. İş o yerə çatıb ki, bələdiyyə sədri yaxın qohumluq əlaqəsində olduğu (həyat yoldaşının qardaşıdır) ərazi üzrə meşəbəyi ilə əlbir olaraq, meşə fonduna aid meşə zolağında olan torpaq sahələrini bələdiyyə torpaqları kimi sənədləşdirərək satmışdır: “Axı necə ola bilər ki, müharibə vaxtı fərarilik edən bir adam indidə elə torpaq satmaqla məşğuldur. Niyə Şabran rayon İ.H başçısı Novruz Novruzov yerli əhalinin ciddi narazılığını nəzərə almır?”

Ardı var