backend

Bakıda “Coca-Cola”nın maşını qəzaya düşdü, sürücü öldü - FOTO

Bakıda “Coca-Cola”nın maşını qəzaya düşdü, sürücü öldü - FOTO








Bakıda ölümlə nəticələnən qəza baş verib.

Report" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 1982-ci il təvəllüdlü Aydın Kosayevin idarə etdiyi "Coca-Cola" şirkətinə məxsus "İsuzu" markalı kiçik tutumlu yük avtomobili mişar daşı daşıyan yük avtomobilinə çırpılıb. Nəticədə sürücü kabinada sıxılaraq ölüb.

Faktla bağlı Dövlət Yol Polis İdarəsinin Xəzər rayon Şöbəsində araşdırma aparılır.