backend

TƏCİLİ: Ermənilər cəbhədə evləri dağıtdı - Video

TƏCİLİ: Ermənilər cəbhədə evləri dağıtdı - Video

Çəkiliş qrupu yol boyu erməni gülləsindən dəlmə-deşik edilmiş evlərə rast gəlib.

Ermənilər cəbhədə tikintisi başa çatmamış evləri dağıdıblar.

Azərtac-ın çəkiliş qrupu cəbhədəki vəziyyəti lentə almaq məqsədilə Tovuz rayonunun düşmənlə həmsərhəd kəndlərində olub. Çəkiliş qrupu yol boyu erməni gülləsindən dəlmə-deşik edilmiş evlərə rast gəlib. Hətta tikintisi başa çatmayan evlər erməni atəşinə məruz qalır. Kənd sakinləri deyirlər ki, əvvəllər atəşkəs gün ərzində 20-30 dəfə pozulurdusa, indi artıq yüzü keçib.

Dinc əhalini hədəf seçən mənfur erməni ordusunun bu atəşlərinə baxmayaraq, hər zaman cəsarətləri ilə seçilən Hacallı sakinləri öz işlərində-güclərindədirlər. Təmas xətti ilə üzbəüz evlərdən birində yaşayan Kifayət Cəfərova deyir ki, burada balacadan tutmuş böyüyədək heç kəs erməni gülləsindən qorxmur. Əksinə, Hacallıda artıq yaz əkin-biçini başlanılıb və insanlar təsərrüfat işləri ilə məşğuldurlar.

Çəkiliş qrupu Hacallıdan cəbhəyanı kəndlərdən birinə üz tutub və burada da eyni mənzərə ilə qarşılaşıb. Kənd sakinləri heç nədən qorxmadan gündəlik işləri ilə məşğul olurlar.