backend

Rahib Qərib prezident İlham Əliyevə müraciət etdi: "Köməyinizə ehtiyacım var"

Rahib Qərib prezident İlham Əliyevə müraciət etdi: "Köməyinizə ehtiyacım var"








Uzun müddət efirdə hərbi jurnalistliklə məşğul olan Rahib Qərib öz facebook hesabından prezident İlham Əliyevə müraciət edib.

Müraciətdə jurnalist bildirir ki, ağır məişət şəraitində yaşayır və həyat yoldaşı onkoloji xəstədir:

"Çox hörmətli Ali Baş Komandan, cənab Prezident, 25 ildən çoxdur ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki "Ulduz" hərbi yataqxanasında yaşayıram... Hərbi jurnalistəm və 1993-cü ildən cəbhədən və ordu quruculuğundan AzTV-də efirə gedən "And" verilişini, son 6 ildə isə ANS-də "Marş" hərbi-vətənpərvərlik verilişini hazırlamışam. İndi işsizəm. Xərçəng xəstəsi olan həyat yoldaşımla Müdafiə Nazirliyinin yataqxanasında çətin məişət şəraitində yaşayıram... Mətbuat rəhbərlərimiz fəaliyyətsiz olduğundan və dəfələrlə yazdığım müraciət məktublarını sizdən gizlətdiklərindən Sizə burdan müraciət etməli oldum...Köməyinizə ehtiyacım var. Rahib Qərib."