backend

SON DƏQİQƏ: Türkiyənin Rotterdamdakı səfirliyi mühasirəyə alındı - FOTO/VİDEO

SON DƏQİQƏ: Türkiyənin Rotterdamdakı səfirliyi mühasirəyə alındı - FOTO/VİDEO

Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı səfirliyinin binasına girişinə qadağa qoyulması ötən gecə etiraz aksiyasıyla müşayiət olundu.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən yerli polis səfirliyin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Çevik polis alayı, Xüsusi təyinatlı polislər binanı mühasirəyə alıb. Hətta səfirliyin qarşısında xüsusi baryerlər də quraşdırılıb.