Təcili!!! YALNIZ MÜHARİBƏ! - Sarkisyandan YEGANƏ YOL ....

1 833

Təcili!!! YALNIZ MÜHARİBƏ! - Sarkisyandan YEGANƏ YOL ....

Ermənistan prezidenti Serj Sarkisyan son günlər müharibə qorxularından danışır. Martın 7-də Fransaya səfərindən bir gün öncə Sarkisyan “Frans press” agentliyinə müsahibəsində bildirdi ki, “müharibə sabah da başlaya bilər”.

Publika.az xəbər verir ki, Ermənistanın “Aravot” qəzeti Sarkisyanın müharibə mesajının arxasında Moskvanın təzyiqinin dayandığını yazıb.

Qəzet qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı “Lavrov planı”nın tətbiqi üçün İrəvana təzyiq edir: “Bu plan “aprel müharibəsi”ndən sonra faktiki olaraq müzakirə edilən əsas variantdır. Bu planda ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Rusiya məhz bunun üçün çalışır”.

Qəzet Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqu Aleksandr Duqinin “Lavrov planı” ən real variantdır və bu həyata keçiriləcək” sözlərini xatırladaraq, Moskvanın hərəkətə keçdiyini yazıb.


Kremlin ideoloqu rusların Qarabağ planını açıqladı: “Rayonlar qaytarılacaq”
Bu plana qarşı yalnız Amerika çıxır.


“Rusiya bu planın reallaşması üçün açıq şəkildə Ermənistana təzyiq edir. Serj Sarkisyanın müharibə mesajları səsləndirməsinin arxasında dayanan səbəb də budur. Güman ki, rəsmi İrəvan “Lavrov planı”na müqavimət göstərmək üçün müharibəyə başlayacaq. Müharibə yeganə çıxış yolu olaraq görünür”, - deyə qəzet bildirib.