backend

SON DƏQİQƏ !!! Rusiya Cənub dairəsinin qoşunlarına həyacan siqnalı verdi: - Ermənistanda, Abxazyada, Krasnodarda...

SON DƏQİQƏ !!! Rusiya Cənub dairəsinin qoşunlarına həyacan siqnalı verdi: - Ermənistanda, Abxazyada, Krasnodarda...

Rusiya Cənub dairəsinin qoşunlarına həyacan siqnalı verdi: - Ermənistanda, Abxazyada, Krasnodarda...

Rusiya ordusunun Cənub hərbi dairəsinin komandanlığı ölkənin cənub perimetri boyu yerləşdirilmiş qoşunların qəfil döyüş hazırlığı yoxlamasını elan edib.

Virtualaz.org xəbər verir ki, bu barədə Cənub hərbi dairəsinin komandanlığı məlumat yayıb. Məlumata görə qəfil döyüş hazırlığı yoxlamasına 1500 vahid texnika və 6 mindən çox hərbçi cəlb edilib.

Məlumatda deyilir: “Cənub Hərbi Dairəsinin komandanlığı Krasnodar və Stavrapol diyarlarında, Həştərxanda və Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz və Adıgey muxtar respublikalarında, habelə Ermənistan və Abxaziyadakı Rusiya hərbi bazalarında dislokasiya olunnmuş bir sıra birləşmələrin və hərbi hissələrin qəfil döyüş yoxlamasını elan edib”.

Məlumata əsasən qəfil döyüş yoxlamasının başlıca məqsədi bölmələrin təyinat üzrə döyüş vəzifələrini yerinə yetirməyə nə dərəcədə hazır olduğunu yoxlamaq, habelə döyüş hazırlığını yüksəltməkdir.

Manevrlərin praktiki mərhələlərinə 6 mindən çox hərbçi və 1500 vahid hərbi texnika, o cümlədən xüsusi təyinatlı texnika cəlb olunub. 20-dən çox qərargah və digər hərbi idarəetmə orqanları qoşunların idarə olunmasını həyata keçirəcək.

Artıq həyacan siqnalı ilə qaldırılmış bölmələr yüksək döyüş hazırlığı vəziyyətində təyin olunmuş rayonlara göndəriliblər. Bura indiyədək hərbçilərə tanış olmayan poliqonlar da daxildir. Orada bölmələr hərbi texnikanı maskalayaraq gizlədəcək, onlara döyüş mövqeyi seçəcək. Hərbi dairənin poliqonlarında döyüş atışları həyata keçiriləcək, habelə döyüş və xüsusi təyinatlı texnikadan istifadə təlimləri olacaq.