backend

68 yaşlı qadın 9-cu mərtəbədən tullandı

68 yaşlı qadın 9-cu mərtəbədən tullandı


Ötən gün Yeni Gəncə massivində yaşayış binasının həyətindən tapılan qadın meyidinin kimliyi və ölüm səbəbləri məlum olub. Gəncə şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı ölən şəxsin 1946-cı il təvəllüdlü Firuza Məmməd qızı Tağıyeva olduğu bəəli olub.

Araşdırmalar zamanı qadının intihar etdiyi orataya çıxıb. 68 yaşlı qadın özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. Buna səbəb onun əsəb xəstəliyindən əziyyət çəkməsi göstərilir.

Qeyd edək ki, dünən səhər saatlarında Gəncədə sakinlər qadın meyidi tapılmışdı.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.