backend

Azərbaycanlı deputat Rusiyada sanatoriya açdı: Qanunlarımızı tapdaladı

Azərbaycanlı deputat Rusiyada sanatoriya açdı: Qanunlarımızı tapdaladı












Bir neçə gün bundan əvvəl Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev Şimali Qafqazda turizmin inkişafı üzrə toplantıdan əvvəl Yessentukidəki yeni sanatoriyaya baş çəkib.

Hökumət başçısına 2016-cıl ilin yayında istifadəyə verilmiş "İstoçnik” ("Bulaq”) sanator-kurort kompleksi barədə məlumatı müəssisənin direktoru İrina Matviyets verib. Bu kompleks Azərbaycanla Stavropol diyarı arasında əməkdaşlıq çərçivəsində tikilib və eyni vaxtda 444 nəfəri qəbul etmək imkanına malikdir. İnvestisiya layihəsinin ümumi dəyəri 1,5 milyard rubl təşkil edib. Sanatoriya Azərbaycan Milli Məclisinin deputatı Əsabil Qasımovun vəsaiti hesabına inşa olunub.

İmişli rayonundan olan deputat Ə.Qasımov nəhəng biznes-imperiyanın sahibidir və faktiki olaraq, ölkənin ən zəngin 10 iş adamının sırasına daxildir. Müxtəlif vaxtlarda KİV-də verilmiş məlumatlara əsasən, ölkənin az qala bütün ərazisini unla təchiz edən "Karmen” MMC də deputata məxsusdur. Millət vəkilinin varidatı siyahısında həmçinin "Dimes-Qafqaz” firması da göstərilir. Bundan başqa, satış üzrə "Ramse”, şirə istehsalı üzrə "Dimes” və bəzi məlumatlara görə yumurta istehsalı ilə məşğul olan "Görədil” quşçuluq fabriki də Əsabil Qasımova aiddir. /// virtualaz.org

Sonda qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə deputatın biznes fəaliyyəti qəti qadağandır.