backend

SON DƏQİQƏ!!! İlham Əliyev: “Cənab Prezident Ollandın qeyd etdiyi kimi..."

SON DƏQİQƏ!!! İlham Əliyev:  “Cənab Prezident Ollandın qeyd etdiyi kimi..."

“Birinci mərhələ üçün tezliklə danışıqlar bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır”.

Virtualaz.org bildirir ki, bunu Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatında deyib.

İ.Əliyev sonra əlavə edib: “Cənab Prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”.