backend

SON DƏQİQƏ!!! Sarkisyanın qəfil ÖLÜMÜ: Ermənistanda alternativ hökumət və İrəvanda KÜÇƏ DÖYÜŞLƏRİ - VİDEO

SON DƏQİQƏ!!! Sarkisyanın qəfil ÖLÜMÜ: Ermənistanda alternativ hökumət və İrəvanda KÜÇƏ DÖYÜŞLƏRİ - VİDEO

Dünən “Sasna Çrer” qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sarkisyanın ölümü Ermənistanda seçkiöncəsi vəziyyəti kəskinləşdirib.

Publika.az xəbər verir ki, Artur Sarkisyan ötən il İrəvanda polis alayı binasını tutan “Sasna Çrer” qruplaşmasına qida daşıdığı üçün həbs olunub. Sonradan sərbəst buraxılsa da, 31 dekabrda yenidən həbs olunub. İkinci dəfə həbs olunandan sonra Sarkisyan aclıq aksiyasına başlayıb. 25 günlük aclıqdan sonra onun səhhəti pisləşib. Dünən xəstəxanaya yerləşən Sarkisyan ölüb. Buna etiraz olaraq ermənilər dünən İrəvanda aksiya keçiriblər. Yeni aksiyaların olacağı gözləniliR.
“Azad demokratlar” partiyasından deputatlığa namizəd Anait Baxşyan Artur Sarkisyanın ölümünün Ermənistanda hakimiyyət dəyişikliyinin anonsu olduğunu deyib.

“Artuq Sarkisyan öz addımı ilə özünü əbədiləşdirdi. Onun ölümü hakimiyyətə davranışlarını təkrar gözdən keçirməsi üçün mesajdır. İnsanı ölümün kandarına qədər çatdırmaq əxlaqsızlıqdır. Ermənistanda hakimiyyətin dəyişməsi artıq qaçılmazdır. Bu üfunətli sistem çürüyüb. Arturun ölümü də hakimiyyət üçün çox pis xəbərdir”, - deyə o bildirib.

Erməni siyasətçi hakimiyyətin devrilməsi üçün insanları küçələrə çıxmağa səsləyib.

Erməni politoloq Aleksandr İskəndəryan isə A.Sarkisyanın ölümünün seçkilərə ciddi təsir etməyəcəyini hesab edir: “Əslində, belə ölümlər siyasətdə həmişə kataklizmlərə, dəyişikliklərə səbəb olur. Lakin Ermənistan reallığında bu mümkün deyil. Ciddi dəyişiklik olması üçün 100-200 min insan küçələrə çıxmalıdır. Əslində ölkədə ciddi sosial problemlər var və insanlar hər-hansı səbəb görə olursa, olsun, etiraz aksiyalarına çıxmağa hazırdırlar”.


SON DƏQİQƏ!!! Sarkisyanın qəfil ÖLÜMÜ: Ermənistanda alternativ hökumət və İrəvanda KÜÇƏ DÖYÜŞLƏRİ - VİDEO

“Lragir” saytı isə sosial şəbəkələrdə “Milli razılıq hökuməti”nin formalaşması haqda məlumatların yayıldığını yazıb.

Sayt qeyd edir ki, “Ohanyan-Raffi-Oskanyan” blokunun və digər siyasi partiyaların hakimiyyətə alternativ olaraq “milli razılıq hökuməti”nin yaradılmasında iştirak edə bilərlər.

“İndi hər şey Artuq Sarkisyanın dəfninin necə keçməsindən asılıdır. Hansı ki, bu dəfndə minlərlə insan iştirak edəcək”, - deyə sayt qeyd edib.


Publika.az xəbər verir ki, Armavir rayonunun Crarat kəndində hakimiyyət nümayəndələri ilə müxalifətçilər arasında silahlı toqquşmadan sonra gərginlik davam edir.

“Müstəqil müşahidə” ittifaqı martın 12-də baş verən toqquşmadan sonra kənddə hələ də fövqəladə vəziyyətin davam etdiyini açıqlayıb.

Hadisələr keçmiş xarici işlər naziri Vardan Oskanyan, “İrs” partiyasının sədri Raffi Ovanesyan və keçmiş müdafiə naziri Seyran Ohanyanın yaratdığı “Oskanyan-Raffi-Ohanyan” (ORO) blokunun seçkiqabağı dövrdə kənddə keçirdiyi təbliğat kampaniyası zamanı baş verib.

Blokun mitinqinə avtomatla hücum edilib. Martın 14-də isə daha bir silahlı hücum baş verib, nəticədə “ORO” blokunun nümayəndələri yaralanıb.

“ORO” bu hadisələrə görə, hakimiyyəti ittiham edib və hücumun birbaşa seçkilərlə bağlı olduğunu açıqlayıb.

Blokun üzvlərindən Armen Martirosyan deyir ki, martın 12-də Craratda seçkiqabağı görüş zamanı kənd sovetinin sədri Samvel Qalstyan vətəndaşlardan ərazini tərk etməyi tələb edir.

“O, söyüş söyürdü. Tədbirdən sonra “ORO” tərəfdarları kənd soveti sədrindən söyüş söydüyünə görə cavab verməyi tələb etdilər. Şifahi atışma belə başladı. Sonra blok tərəfdarlarının evinə polis rəisinin müavini, polkovniki Lernik Yeranosyan gələrək, tapança ilə onları hədələyib. Hətta havaya güllə də atıb”, - deyə o bildirib.

Martirosyan qeyd edir ki, Lernik Armavir rayonunun polis rəisinin müavini Levon Yeranosyanın qardaşıdır.

Hakim Respublika Partiyası hadisəni şərh etməkdən imtina edib.

“Müstəqil müşahidə” ittifaqının məlumatına görə, kənddə gərgin atmosfer hökm sürür.

“Azadlıq radiosu”nun erməni xidməti Levon Yeranosyanın bu ilin yanvarında prezident Serj Sarkisyan tərəfindən “ictimai asayişin qorunmasına” görə ordenlə təltif edildiyini yazıb.

Ermənistan mediasının məlumatına görə, ölkədə seçkiqabağı vəziyyət kəskinləşib və siyasi cəbhələr arasındakı qarşıdurma silahlı toqquşlmalara gətirib çıxara bilər.

“ORO”-nun lideri olaraq çıxış edən keçmiş müdafiə naziri Seyran Ohanyan Craratdakı hadisələr haqqında danışarkən, hakimiyyəti təhdid edib.



“Əgər hadisələrə düzgün qiymət verilməsə, heç kəs üçün yaxşı olmayacaq”, - deyə o bildirib.

“ORO”-nun üzvü, qondarma “DQR”-in keçmiş “müdafiə naziri” Samvel Babayan isə hakimiyyəti silahla hədələyib və qeyd edib ki, “onlar əllərinə silah alarsa, bu heç də yaxşı olmayacaq”.

2016-cı ilin iyulunda İrəvanda polis alayının binasını tutan qiyamçılara qida daşıdığına görə həbs olunan 49 yaşlı Artur Sarkisyanın ölümü isə Ermənistanda ciddi etirazla qarşılanıb. İnsanlar küçələrə axışaraq, etiraz aksiyası keçiriblər. Hazırda sakitlik olsa da, aksiyaların davam edəcəyi gözlənilir.

Siyasi müşahidəçilər Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinin qanlı olacağını deyirlər.


Qaynarxett.az