backend

SON DƏQİQƏ!!! Tramp Almaniya kanslerini pərt etdi: Dünya bu VİDEO-dan danışır - VİDEOLAR

SON DƏQİQƏ!!! Tramp Almaniya kanslerini pərt etdi: Dünya bu VİDEO-dan danışır - VİDEOLAR

Ağ Evdə baş tutan ilk görüşü maraqlı hadisə ilə yadda qalıb

ABŞ prezidenti Donald Trampın Angela Merkellə görüşü artıq başlayıb. ABŞ prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkelin Ağ Evdə baş tutan ilk görüşü maraqlı hadisə ilə yadda qalıb. İstiPress CNNturk-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel Ağ Evdə keçirilən görüşdə şəkil çəkilən zaman bir-birlərinə əl verməyiblər. görüş başlamazdan öncə jurnalistlər siyasətçilərdən bir-birlərinə əl verməyi xahiş edib.

Angela Merkel üzünü Trampa çevirərək bunu gözləsə də, Almaniya kanslerinin təşəbbüsünə reaksiya verməyən ABŞ prezidenti jurnalistləri seyr etməyə davam edib.

İddia olunub ki, Donald Tramp salonda səs-küy səbəbindən fotojurnalistlərin çağırışını sadəcə eşitməyib. Buna baxmayaraq, Tramp və Merkel arasında keçirilən ilk görüşün adıçəkilən epizodu İnternetdə sürətlə yayılmağa başlayıb. Bəziləri Trampın uzunsürən salamlamaları xoşladığını, Yaponiya baş naziri Sindzo Abenin əlini 19 saniyə sıxdığını xatırlayıblar.