backend

Azərbdaycan telekanallar qardaş qırğınına niyə göz yumdular?

Azərbdaycan telekanallar qardaş qırğınına niyə göz yumdular?

Hər halda, 45 nəfər vətən övladı həlak olmuş, 117 nəfər yaralanmışdı

Azərbaycanın müstəqillik tarixinin qanlı səhifələrindən biri - 1995-ci ilin mart ayında OMON (xüsusi təyinatlı polis dəstəsi) ilə silahlı qüvvələr arasında baş vermiş toqquşma barədə ölkə telekanalları susdu.

İstiPress-in məlumatına görə, əslində isə hadisə diqqətəlayiq idi. 13-17 mart 1995-ci il tarixində Bakıda OMON-un 8-ci kilometr qəsəbəsindəki hərbi hissəsində baş vermiş toqquşma nəticəsində 45 nəfər vətən övladı həlak olmuş, 117 nəfər yaralanmışdı. Faciə burasında idi ki, həlak olanların çoxu Qarabağ uğrunda döyüşmüş vətənpərvərlər idi. Yəni Vətəni sevən oğulların bir-birinə qarşı silah qaldırmasının səbəbləri və bunun bizə verdiyi dərs mütləq araşdırılmalı idi.

Həm də həmin günlərdə Azərbaycanın böyük oğlu, mərhum prezident Heydər Əliyev ölkədə bir neçə il əvvəl əsası qoyulmuş silahlı üsyan ənənəsini birdəfəlik yox etdi. 13-17 mart 1995-ci il tarixində baş vermiş silahlı toqquşma bu qəbildən olan son hadisə kimi yaddaşda qaldı. Azərbaycan dövlətçiliyinin keşiyində olduqlarını iddia edən telekanallar ən azından mərhum prezident Heydər Əliyevin xidmətlərini işıqlandırmaq naminə bu qardaş qırğınına diqqət yetirməli idilər.

Amma bunu etmədilər. Əslində, bəlkə də bunu bacarmadılar. Çünki hadisə vaxtı həmin kanallar yox idi. Ölkənin ilk müstəqil telekanalı, Azərbaycanın müstəqillik tarixinin canlı şahidi ANS-in həmin günlərdə çəkdiyi kadrları isə vermək istəmədilər. Qeyd edim ki, telekanalın əməkdaşı Adil Bünyadov məhz həmin hadisələr zamanı həlak olmuşdu.

Azərbdaycan telekanallar qardaş qırğınına niyə göz yumdular?

Bu telekanalların normal bir tarixi olsa idi, bəlkə düşünmək olardı ki, onlar hansısa üçüncü qüvvəyə işləyirlər. Hadisələrin iştirakçısı, OMON-un keçmiş komandiri Nizami Şahmuradov İstiPress-ə müsahibəsində o vaxt qan tökülməsindən qaçmağı mümkün sayır.

Onun sözlərinə görə, hadisə Gəncənin polis rəisi Natiq Əfəndiyevin mühafizəsi ilə Qazaxda OMON təmsilçiləri arasında baş vermiş atışma nəticəsində başlamışdı. Lokal münaqişə o vaxt daxili işləri nazirinin müavini olan Rövşən Cavadovun iştirakı ilə həll edilir. Lakin daha sonra daxili işlər nazirinin əmri ilə OMON ləğv edilir. OMON döyüşçüləri kortəbii şəkildə 8-ci kilometrdəki hərbi hissəyə toplaşırlar. Mərhum prezident Heydər Əliyev Nizami Şahmuradovu və müavinini qəbul edərək vəziyyətlə maraqlanır. Qərara alınır ki, cinayəti olmayan OMON təmsilçiləri daxili işlər orqanlarında işlə təmin edilsin, eyni zamanda OMON Veteran Cəmiyyəti yaradılsın.

Lakin Nizami Şahmuradovun dediyinə görə, sonradan üçüncü qüvvə hadisələrə müdaxilə etdi və atışmaya səbəb oldu. Onun sözlərinə görə, həmin üçüncü qüvvənin başında həmin vaxt parlamentin sədri olmuş Rəsul Quliyev dayanıb. Nizami Şahmuradovun dediyinə görə, mərhum Heydər Əliyev həmin dəqiqələrdə var gücü ilə qırğının qarşısını almağa çalışıb. Xəbər göndərib ki, OMON-çular ağ bayraq qaldırsınlar ki, atışma dayansın. Lakin 3-cü qüvvə yenə müdaxilə edib və ağ bayraqdan sonra da atışma davam e

Azərbdaycan telekanallar qardaş qırğınına niyə göz yumdular?

22 il əvvəl baş vermiş bu hadisəni indi də xatırladıqda mərhum Heydər Əliyevin fədakarlığı göz önündə canlanır. Lakin yerli telekanallar bu fədakarlıq barədə danışmaq istəmədilər. Bu məsələ millət vəkili Aydın Mirzəzadənin də diqqətindən yayınmayıb. Millət vəkili İstiPress-ə müsahibəsində deyib:

«Əlbəttə, telekanallar bu məsələyə diqqət yetirməli və həmin hadisələrə yenidən qayıtmali idilər. Həmin hadisələr zamanı Azərbaycanda hakimiyyətin silahlı üsyan yolu ilə dəyişdirilməsinin qarşısı alınıb».

Amma millət vəkilinin fikrincə, indi Azərbaycan telekanalları heç də ictimai fikrin formalaşmasında əsas rol oynamırlar. İndiki gənclik məlumatları əsasən saytlar, müəyyən qədər də qəzetlər və ensklopedik dərgilər vasitəsi ilə alırlar.

Doğru sözə nə demək olar. Millət vəkili işin olanını danışır. Telekanallar ictimai fikrin diqqətindən kənarda qalmaq üçün çox «zəhmət» çəkiblər.