backend

Xaçmaz Standartlaşdırma İdarəsinin rəisinin qanunsuzluqları-VİDEO

Xaçmaz Standartlaşdırma İdarəsinin rəisinin qanunsuzluqları-VİDEO



Murad Həbibovun öz obyektləri görəsən bütün standartlara cavab verirmi?

Xaçmaz rayon Standartlaşdırma Metrologiya və Patent uzrə Dövlət Komitəsinin sədri Murad Həbibovun özbaşınalığı sərhəd tanımır. Belə ki,Murad Həbibov qanunsuz olaraq obyektləri reydə çıxır və onları cərimə edir. Məhz bu cür hallara görə adi çəkilən bu şəxslə obyekt sahibləri arasında tez-tez söz-söhbətlər yaranır. Bolgexeber TV bildirir ki, məhz bu cür özbaşinaliqlara görə Murad Həbibovun öz işçisi işindən azad olunub. Maraqlıdır görəsən “Stariy Dvor” və ” Lider”şirniyyat evinin sahibi olan Murad Həbibovun öz obyektləri bütün standartlara cavab verirmi?
Bolgexeber TV-yə verilən məlumata görə Murad Həbibov deyir ki, keçirilən reydlər Xaçmaz rayon icra hakimiyyəti ilə birgə təşkil olunur.
Məsələ ilə bağlı Xacmaz rayon İH başçısının birinci müavini ilə əlaqə saxladıq. O,bildirdi ki,bu kimi reydlərdən bizim xəbərimiz yoxdur.
Həmçinin oda bildirilir ki, adı çəkilən şəxsin şəhər Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət komitəsinin sədr müavini ilə də geniş əlaqləri mövcuddur. Hər halda Murad Həbibovun hərəkətlərindən də məlumdur ki,onun arxasında dayanan qüvvələr yəni “daydayılar”cox güclüdür .Əks halda bütün bu olanlara aidiyyatı qurumlar göz yummazdı.
Mövzunu diqqətdə saxlayacağıq.