backend

Xaçmazda rəzalət-VİDEO

Xaçmazda rəzalət-VİDEO


Sonuncu dəfə 1965-ci ildə yenidən bərpa edilən Xaçmaz rayonun abadlaşdırılması üçün bir neçə ay öncə dövlət başçımızın göstərişi ilə yetərincə vəsait ayrıldı. Lakin aparılan abadlaşdırma işlərindən cəmi bir neçə ay keçməmiş artıq problemlər ortaya çıxmağa başlayıb. Bolgexeber TVxəbər verir ki, yetəri qədər vəsait ayrılmasına baxmayaraq görünür aidiyyatı qurumlar rayonu sadəcə bəzəməklə kifayətlənib. Bəs ayrılan vəsait görəsən kimlərin cibini doldurdu ? Bunu deməyə su basmış keçidlər, zibil qabı kimi istifadə olunan ünvan göstəriciləri, asvalt yollara tökülən zibillər, hər an təhlükə yaradan çökək kanalizasiya qapaqları deməyə əsas verir. Görəsən bütün bu çatışmazlıqdan aidiyyatı qurumların xəbəri yoxdur mu ? Görünür bu onlara ya sərf eləmir ya da artıq ayrılan vəsaiti xərcləyib qurtarıblar. Axı belə olmasa idi ən azından 5-10 manat verib hərfləri az qala intihar edəcək Xaçmaz Rayon Yeni Azərbaycan Partiyası binasının üzərindəki yazıya düzəliş edərdilər. Hər halda heç bir səbəb bu cür vəziyyətə haqq qazandıra bilməz. Hər gün qapısından içəri daxil olduğun, kreslosunda oturduğun dövlət binasının yazısındakı problemləri görməmək üçün ya yuxulu olmalısan ya da eynəksiz..
Başqa bir hal da tarixi abidələrin üzərindəki tarixlərin düzgün qeyd edilməməsidir. Abidənin bir tərəfində göstərilən tarix digər tərəfindəki tarixlə ziddiyyət təşkil edir. Bu məsuliyyətsizlik xaricdən gələn turistlərin tariximizə qeyri-ciddi münasibət bəsləməsinə səbəb ola bilər. Bu səbəbdən də tariximizə göstərilən laqeydsizlik bağışlanmaz səhvlərdən biridir.
Ümid edirik ki, aidiyyatı qurumlar istirahət günlərində, bahalı mənzillərində dincəlmək yerinə biraz da zaman ayırıb rayonun seyrinə çıxar və qarşılaşdıqları problemləri özlərində qeyd edib tez bir zamanda onların aradan qaldırılması üçün öz işçilərə təlimat verəcəklər.