backend

İrəvanda bu gün qan su yerinə axacaq (VİDEO)

İrəvanda bu gün qan su yerinə axacaq (VİDEO)

“Çörəkdaşıyan” Sarkisyana görə böyük mitinq planlaşdırılıb

Bir neçə gündür Ermənistanın paytaxtı İrəvanda Artur Sarkisyanın ölümünə görə davam edən aksiya dağıdılıb. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, etirazçılarla polis arasında toqquşma baş verib. Aksiya iştirakçıları hökumət binasına yürüş ediblər. Burada onları çox sayda polis qarşılayıb. Onlar Tiqran Mets prospektini bağlamağa cəhd ediblər, lakin polis aksiyaçılara qarşı güc tətbiq edib.

Nəticədə aksiya polis tərəfindən dağıdılıb.

İrəvanda bu gün qan su yerinə axacaq (VİDEO)
Saxaraova meydanında da bir qrup insan Nalbandyan küçəsini bağlamaq istəyib. Bu cəhddə uğursuz alınıb və polislə toqquşma ilə yekunlaşıb.

İrəvanın polis rəisinin müavini Valeriy Osipyan deyib ki, hüquq mühafizə orqanları əməkdaşları qanun çərcivəsində hərəkət edib, heç bir kobudluğa yol verməyib və ictimai asayişi bərpa ediblər.

Bu gün Azadlıq meydanında daha bir aksiya keçirilməsi planlaşdırılır. Aksiya iştirakçılarının əsas tələbləri baş prokuror Artur Davtyanın istefası, Sarkisyanın işində qanunsuzluğa yol verən müstəntiqə, hakimə qarşı cinayət işinin açılmasıdır.

Xatırladaq ki, 2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan martın 16-da İrəvanda ölüb. Tibb mərkəzində “Sasna Tsrer” silahlı qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sarkisyanın ölümü qəzəbli kütləni küçələrə çıxarıb.

Azadlıq meydanından yürüşə başlayan etirazçılar Sayat Nova prospektində oturaq aksiyaya başlamışdılar.