backend

Azərbaycana qar yağdı (FOTO, VİDEO)

Azərbaycana qar yağdı (FOTO, VİDEO)

Novruz bayramı günü Qaxa qar yağdı

Bugün səhər saatlarından Qax rayonunun bir sıra dağlıq kəndlərinə qar yağmağa başlayıb. İstiPress-in "Report"a istinadən verdiyi xəbərə görə, rayonun İlisu, Sarıbaş və Ağçay kəndlərinin bəzi əraziləri ağ örpəyə bürünüb.

Kənd sakinlərinin "Report"a verdiyi məlumata görə mart ayında qarın yağması müşahidə olunmayıb. Ərazilərdə temperatur aşağı düşüb.

Qeyd edək ki, hazırda qarın yağması davam edir. İlisu və Ağçay kəndlərində qarın qalınlığı 5 santimetr, Sarıbaş kəndinin bəzi ərazilərində isə 6-7 santimetrdir.