backend

Diqqət: Diş əti problemi xərçəng yaradır

Diqqət: Diş əti problemi xərçəng yaradır

Alimlər xəbərdarlıq edir

İsveç Tibbi Tədqiqatlar İnstitutunun mütəxəssisləri müəyyən ediblər ki, diş əti problemləri orqanizmdə onkoloji xəstəliklərin formalaşması amilləri ilə sıx bağlıdır. Alimlər diş ətini zəifləmiş insan orqanizmində bədxassəli şişin sürətlə inkişafının əsas səbəblərindən biri adlandırıblar.

Onlar müəyyən ediblər ki, tədbir görülməzsə, orqanlarda bədxassəli xərçəngin sürətlə inkişafını dayandırmaq mümkün olmayacaq.

Ekspertlər diş əti xəstəliklərindən əziyyət çəkən insanlara müraciət edərək, onları dərhal regional stomatoloji kabinetlərə müraciət etməyə çağırıblar.

Diş ətinin hətta azacıq ağrıması, zəifləməsi və qanaxması orqanizmdə onkologiya əlamətlərindən birinin formalaşmasının səbəbi ola bilər.