backend

SON DƏQİQƏ: Azərbaycanda əməkdar artist vəfat etdi

SON DƏQİQƏ: Azərbaycanda əməkdar artist vəfat etdi

O, üç gün əvvəl əməliyyat edilmişdi

Azərbaycanın əməkdar artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Əsgər Rəhimov vəfat edib.

İstiPress bildirir ki, "Milli.Az"a teatrdan verilən məlumata görə, aktyor ağır xəstə olub və üç gün əvvəl qaraciyərindən əməliyyat edilib.

SON DƏQİQƏ: Azərbaycanda əməkdar artist vəfat etdi


1956-cı ilin noyabrın 27-də anadan olmuş Ə.Rəhimov 1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləyib, 2005-ci ildə yenidən S.Vurğun adına Rus Dram teatrına qayıtıb.

Bu illər ərzində teatr səhnəsində bir çox rol oynayıb. O, Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları oynayıb. 9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülüb.