backend

TƏCİLİ: Qarabağda gecaçılan erməni BOMBASI - HƏR AN BÖYÜK SAVAŞ!!!

TƏCİLİ: Qarabağda gecaçılan erməni BOMBASI - HƏR AN BÖYÜK SAVAŞ!!!

Münaqişənin müharibə yolu ilə həlli istisna edilmir

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan İrəvanda qatıldığı bir televerilişdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasının vacibliyini vurğulayıb.

İstiPress-in məlumatına görə, münaqişənin Madrid prinsipləri əsasında həllinin vacibliyini vurğulayan Ter-Petrosyan bildirib:

“Heç kim bu prinsiplərin əleyhinə deyil. Prinsiplər isə bunlardır - ərazilərin geri qaytarılması, güc tətbiq edilməməsi və bu barədə təhdidlər edilməməsi, Qarabağın öz müqəddəratını təyin etmək hüququnun müəyyən edilməsi. Danışıqlar ona görə aparılır ki, tərəflər imkan daxilində özləri üçün ən əlverişli həlli tapa bilsinlər. Əvvəllər fikir ayrılığı çox idi, indi isə bir-iki məsələ qalıb”.

TƏCİLİ: Qarabağda gecaçılan erməni BOMBASI - HƏR AN BÖYÜK SAVAŞ!!!

Təbii ki, Levon Ter-Petrosyan aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində ictimai rəyə təsir etmək üçün bu sözləri söyləyib. Erməni ictimaiyyəti permanent müharibə şəraitindən bezib və sülh istəyir. Ermənistandan güclü miqrasiya da bu məsələ ilə bağlıdır. Diaspora təşkilatlarının məlumatına görə, 2016-cı ildə Ermənistanı 100 min adam tərk edib və 22 min adam Ermənistan vətəndaşlığından Rusiya vətəndaşlığına keçib.

Qarabağın məşhur cəlladı, Xocalı soyqırımına rəhbərlik etmiş erməni general, keçmiş müdafiə naziri Seyran Ohanyan da artıq seçki kampaniyasında sülhdən danışmağa başlayıb.
Rusiyada fəaliyyət göstərən “EADaily” erməni portalına müsahibəsində Seyran Ohanyan deyib: “Hesab edirəm ki, bu münaqişədə qaliblər və məğlublar olmamalıdır, çünkci iki qonşu xalq arasında uzunmüddətli sülh üçün kompromislər əsasında elə həll tapılmalıdır ki, heç kim özünü qalib və ya məğlub hesab etməsin”.
TƏCİLİ: Qarabağda gecaçılan erməni BOMBASI - HƏR AN BÖYÜK SAVAŞ!!!
Halbuki, müdafiə naziri olanda Seyran Ohanyan Azərbaycanı hər gün təhdid edən bəyanatlar səsləndirirdi. Amma istənilən halda, erməni siyasətçilərin bu bəyanatları belə Azərbaycan üçün gecaçılan Qarabağ bombasıdır. Məsələn, Levon Ter-Petrosyanın bəhs etdiyi Madrid prinsipləri çərçivəsində torpaqların qayıtmasından, bölgəyə sülhməramlıların yerləşdirilməsindən sonra Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi üçün referendum keçirilməsi nəzərdə tutulur. Bu isə Dağlıq Qarabağın dinc yolla Azərbaycandan qoparılması deməkdir. Azərbaycan bu məqamı nəzərə almalı və münaqişənin müharibə yolu ilə həlli variantını istisna etməli deyil.