backend

Gürcüstan Azərbaycana qazın idxalını artırıb

Gürcüstan Azərbaycana qazın idxalını artırıb

İlin əvvəlindən bu ölkə 194,4 milyon dollar məbləğində “mavi yanacaq” alıb.

2014-cü ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan neft ekvivalentində 162,3 milyon dollar məbləğində 793,25 min ton təbii qaz idxal edib.

qaynarxett.az Haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “Qruzstat”ın (Gürcüstanın milli statistika xidməti) hesabatında bildirilib.

Azərbaycan Gürcüstana bu yanacaq növünü çatdıran əsas ölkədir. Hesabatda verilən məlumata əsasən ilin əvvəlindən Gürcüstana ümumilikdə 194,4 milyon dollar məbləğində təbii qaz idxal edilib.

Qazın çatdırılmasının qalan hisssəsi isə Rusiya və digər mənbələrin payına düşüb.