backend

Bakıda brend mağazada Ermənistan istehsallı uşaq paltarı satılır (FOTO)

Bakıda brend mağazada Ermənistan istehsallı uşaq paltarı satılır (FOTO)

Bakının məşhur ticarət mərkəzlərində Ermənistan istehsalı olan mallar satılır. İstiPress-in "BakiPost"a istinadən verdiyi xəbərə görə, "Park Bulvar” və "Gənclik Mall”da fəaliyyət göstərən "OVS” mağazalarında müştərilərə üzərindəki etiketdə "MADE İN ARMENİA” yazılan paltarlar təqdim edilir.
Məsələnin ən ilginc tərəfi odur ki, düşmən ölkədən idxal olunan mallar dəbdə olan hərbi stildə tikilmiş uşaq paltarlarıdır. OVS məşhur İtalyan brendidir və öz məhsullarını dünyanın bir neçə ölkəsində hazırlatdırır. Ermənistanda məhz hərbi paltarların tikilməsi və onun Azərbaycanda satışa çıxarılması kifayət qədər maraqlı görünür.
Məsələ ilə bağlı OVS mağazalarının İlham adlı əməkdaşı BakiPost.az-a deyib ki, Ermənistan istehsalı olan malların satılması mümkünsüzdür: "Bizim mağaza İtaliya brendidir. Bura 12 ölkədən mallar gətirilir. Məsələn, Çin, Banqladeş, Türkiyə və s ölkələr. Amma sizin dediyiniz Ermənistandan malların gətirilməsi qətiyyən düzgün deyil. Bu ola da bilməz. Yanlış məlumatdır. Çünki OVS dünyaca məşhur İtaliya brendidir”.