backend

“Var-dövlətini satıb, Azərbaycandan qaçmaqla cənnətə düşəcəklərini fikirləşənlərə deyirəm ki…”- ASLAN İSMAYILOV

“Var-dövlətini satıb, Azərbaycandan qaçmaqla cənnətə düşəcəklərini fikirləşənlərə deyirəm ki…”- ASLAN İSMAYILOV










“Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra yazmışdım ki, əgər bu adam vəzifəsini sona qədər davam edərsə zorun, gücün, pulun hökmranlığını görəcəyik. Son 20 – 25 ili isə nostalji hisslərlə yada salacağıq”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov deyib.

Onun sözlərinə görə, elə həmin yazıda da qeyd edibmiş ki, ABŞ-dan və Avropadan miqrantların, xüsusilə müsəlmanların geriyə axını başlayacaq.

“ABŞ, Avropada baş verən hər terror aktı bu prosesi sürətləndirir.
Londonda baş vermiş son terror da, meri müsəlman olan şəhərdə, millətçilərin baş qaldırmasına səbəb olacaq.
ABŞ, Avropada baş örtüyü haqlarını tələb edən müsəlmanların artıq oralarda yaşaya bilməsi problemə çevriləcək.
Buna görə var-dövlətini satıb, Azərbaycandan qaçmaqla cənnətə düşəcəklərini fikirləşənlərə bir daha bu addımdan daşınmalarını məsləhət bilirəm”-deyə, o, sonra əlavə edib.