backend

Ramil Usubovdan yeni təyinat

Ramil Usubovdan yeni təyinat


Qələndərov xəbəri təsdiqləyib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Dövlət Yol Polisində növbəti kadr dəyişikliyi edib.

Qaynarxxett.info AzNews.az-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmri ilə Xətai rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi Qəhrəman Qələndərov vəzifəsindən azad edilərək, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Xətai rayonun Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi vəzifəsinə isə yeni təyinat əmri verilməyib.

Qəhrəman Qələndərov xəbəri təsdiqləyib.

Qeyd edək ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) rəis müavini Rəşadət Babayev bir neçə ay əvvəl nazirin müvafiq əmri ilə DYP-nin Yol-Patrul Xidməti alayının komandiri təyin edilib.