backend

Əhaliyə BİABIRÇI xəbər - Bax bizi belə aldadırlar

Əhaliyə BİABIRÇI xəbər - Bax bizi belə aldadırlar















Bayram bitən kimi, Mərkəzi Bank 300 milyon yığmağı nəzərdə tutur

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

“Marja” xəbər verir ki, 27 mart 2017-ci il tarixində keçiriləcək hərracda 300 milyon manat cəlb edilməsi hədəflənir.

Müddət 14 gün, faiz dərəcəsi 12,01% – 14,99% təşkil edir.

Mərkəzi Bank əvvəlki hərraclarda 200 milyon manat cəlb edəcəyini bəyan edirdi. Budəfəki hərracda təklif 100 milyon manat artırılıb.

Qeyd edək ki, 17 mart 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 275 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,60% təşkil etmişdi. Tələb 275 milyon manat olsa da, Mərkəzi Bank əvvəlcədən 200 milyon manat cəlb edəcəyini elan etdiyindən bir o qədər də vəsait cəlb etmişdi.

Mərkəzi Bank depozit hərracları vasitəsilə dövriyyədəki Manat kütləsini azaldır. Yəni, Dollar alışına yönəldilə biləcək izafi manat yığılır. Son iki ayda Dolların Manat qarşısında ucuzlaşmasının əsas səbəbi Mərkəzi Bankın sterilizasiya (izafi pulun dövriyyədən çıxarılması) əməliyyatlarıdır.