backend

Bu, idman məsələsi deyil, vicdan məsələsidi - KÖŞƏ

Bu, idman məsələsi deyil, vicdan məsələsidi - KÖŞƏ










Bakıda rəqib komandaya azarkeşlik etmək idman məsələsi deyil, vicdan məsələsidi.

Futbola azarkeş kimi oturub baxdığım yadıma gəlmir. Bu, futbolla bağlı bəlkə də ilk yazımdı.

Sosial şəbəkələrə baxıram, sanki çoxları Almaniyanın qələbəsini bayram edir...

Bu nə məntiqdir? Bu nə yanaşmadır?

Əlbəttə, ümumilikdə Almaniya millisinin fanatı olmaq olar: niyə də yox? Dünyanın ən güclü komandasıdır, gözəl oyun nümayiş etdirir. İndi də Bakının qonağıdır. Xoş gəlib, səfa gətirib. Amma Bakıda öz milli komandamıza azarkeşlik etməliydik. Ölkəsini sevən, milli heysiyyatı və milli hissiyyatı olan hər kəs belə edir.

Düzdür, böyük hesabla uduzduq. Amma dünyanın ən güclü komandasının "qolsuz qapı" sindromunu qırmağı da bacardıq.

Qüsurlarımız kifayət qədər idi. Bununla belə, heç kəs iddia edə bilməz ki, millimiz əvvəlki kimi zəif komandadır.

Heç şübhə etmirəm ki, Azərbaycan futbolu gec ya tez - bir gün inkişaf edəcək, dünyanın güclü komandaları sırasına adını yazmağı bacaracaq.

Lakin futbolumuzda hələ də kökü kəsilməmiş arzuolunmaz tendensiyalar bundan sonra da davam edəcəksə, hədəfə daha gec çatacağıq...