backend

Generallar QIRĞIN hazırlayır - Şəmkirli general... qan su yerinə axacaq

Generallar QIRĞIN hazırlayır - Şəmkirli general... qan su yerinə axacaq















Gələn həftə Ermənistan paytaxtında qan su yerinə axacaq

Ermənistanın keçmiş müdafiə naziri, general Seyran Ohanyanın rəhbərlik etdiyi "Ohanyan - Raffi – Oskanyan” (ORO) bloku aprelin 2-də keçiriləcək parlament seçkilərindən sonra xalqı küçələrə çıxarmaq istəyir.

İstiPress-in məlumatına görə, "News.am” portalı qeyd edib ki, bu barədə bu gün ORO-nun təmsilçisi Vardan Oskanyan jurnalistlərlə söhbətində bildirib.

Generallar QIRĞIN hazırlayır - Şəmkirli general... qan su yerinə axacaq









"Hələ ki, biz düşünürük ki, seçki yolu ilə hakimiyyəti dəyişmək mümkündür. Biz əminik ki, bu, baş verəcək. Əgər bu alınmazsa, düşünürəm ki, xalq nə istəsə, biz onu edəcəyik”,- deyə Oskanyan ultimativ danışıb.

Ümumiyətlə, erməni mətbuatının yazdıqlarına əsaslanaraq, ORO blokunun seçkidən sonra İrəvanda silahlı üsyan hazırladığını güman etmək olar. Bir neçə gün öncə həbs edilmiş erməni general Samvel Babayan da ORO-nu dəstəkləmək üçün ölkəyə qaçaq yolla "İqla” raketatanı gətirməkdə günahlandırılır. Onun Serj Sarkisyanın təyyarəsini vurmağı planlaşdırması ehtimal edilir.

Erməni mətbuatı qeyd edir ki, Samvel Babayan artıq məsələ ilə bağlı etiraflar edib. ORO blokunun təmsilçisi, Şuşada anadan olmuş və Azərbaycanın Şəmkir rayonunda böyümüş, bununla da Samvel Babayanla həmyerlilik bağlarına malik olan Seyran Ohanyan da bu gün bildirib ki, hadisə ilə bağlı onu da həbs edə bilərlər. Amma bu, o demək deyil ki, Ohanyanın həbsi ilə proses dayanacaq. Ohanyan - Babayan cütlüyü bu aysberqin yalnız görünən tərəfidir.

Əslində, Ermənistan müxalifətinin ən güclü iştirakçısı olan Sarukyan bloku da ORO ilə əməkdaşlığa hazırdır. Sorğu göstərir ki, Qarabağ klanının hakimiyyətdən salınmasını arzulayan yerli əhalinin mövqeyini əks etdirən "Sarukyan” bloku Sarkisyanın rəbhərlik etdiyi RPA blokundan cüzi geridir. Yəni blok ORO kimi digər blokları ətrafına yığıb seçkini uda bilər.

Bu isə hakim Respublika Partiyasını, təbii ki, razı salmayacaq və seçkiləri saxtalaşdıracaq. Təbii ki, erməni xalqı bununla razılaşmayacaq və küçələrə çıxacaq. Sonrası isə indidən məlumdur, Sarkisyan 2008-ci il martın 1-də olduğu kimi silaha əl atacaq. Onda Ermənistan paytaxtında 8 adam ölmüşdü. Bu dəfə isə ölənlər qat-qat çox ola bilər. Çünki erməni xalqının Qarabağ klanından yaxa qurtarmaq istəyi dəfələrlə artıb, xalqı Qarabağ klanı isə o qədər varlanıb ki, kapitalı naminə Ermənistanın yarısını qılıncdan keçirməyə hazırdır.