Nizaməddin Quliyev müəllimlərin maaşına göz dikdi

471

Nizaməddin Quliyev müəllimlərin maaşına göz dikdi









Goranboy rayonunda fəaliyyət göstərən məktəblərin müəllimlərindən qanunsuz yollarla pul yığılır. Bu barədə rayondakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, mart ayının 10-da icra başçısı məktəb direktorlarına tapşırıq göndərib. Tapşırıqda bildirlir ki, müəllimlər hər dərs saatına görə 6 manat ödəməlidir. Hətta məktəblərdə xadimə və texniki işsi kimi fəaliyyət göstərənlərdən 50 manat tələbə olunur.

Goranboy rayonundakı təhsil müəssisələrində 4500 nəfərdən artıq insan çalışır. Bu qədər işçidən yığılan pulu toplasaq ortaya kifayət qədər böyük məbləğ çıxır. Bəs bu qədər pulun yığılmasına səbəb nədir? Məlumatı verən mənbə bildirir ki, rayonda bir aydan artıq müddətdə maliyyə yoxlamaları aparılıb. İcra başçısı Nizaməddin Quliyev yoxlamanı aparanları "yola salmaq" üçün müəllim və texniki işçilərin halal maaşına göz dikib. Tələb olunan pulu ödəməyənlər dərs saatlarının əllərindən alınması və işdən çıxarılmaqla hədələnib.

Məlumata görə, icra başçısı rayonda fəaliyyət göstərən bağçalara da "haqq" qoyub. Nizaməddin Quliyevin tapşırığı ilə hər baxça müdirindən 200-300 manat tələb edilir. "Baxça işləri"nə başçının müavini Mirvari Ağamalıyeva və İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nofəl Köçərlinin başçılıq etdiyi iddia olunur. Bu məbləği verməkdən imtina edən 3 bağça müdiri işdən çıxarılmaqla hədələnib.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq...("Qaynar")