backend

DİQQƏT!!! Qarabağda müharibə : "Hər vəziyyətə hazır olmalıyıq" - Sarkisyandan BƏYANAT

DİQQƏT!!! Qarabağda müharibə : "Hər vəziyyətə hazır olmalıyıq" - Sarkisyandan BƏYANAT

"Hər vəziyyətə hazır olmalıyıq"

"Qarabağ münaqişəsi - xalqın tipik müqəddəratını təyin etmək mübarizəsidir". İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə naziri Viqen Sarkisyan rusiyalı jurnalistlərlə görüşündə deyib. O, deyib ki, erməni tərəfi danışıqlar prosesinə açıqdır.

Erməni nazir Azərbaycanı müntəzəm olaraq Minsk qrupu həmsədrlərinin səylərini pozmaqda ittiham etməkdən də çəkinməyib. Sarkisyan iddia edib ki, silahlanmanın artması, antierməni ritorikası ilə Bakı münaqişənin həllini uzadır. "Belə ab-havada ictimaiyyəti kompromisə hazırlamaq demək olar ki, mümkün deyil. Biz sülh üçün çalışmaqdan yorulmuruq. Amma mütlq hadisələrin istənilən formada inkişafına hazır olmalıyıq".

Ermənistanın müdafiə naziri deyir ki, münaqişə zonasında hərbi əməliyyatların bərpası şansını 0-dan 100 faizə kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, istənilən gərginlik genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Bu isə xaos yaradacaq, lakin Qarabağ problemini həll etməyəcək. "Bunun üçün də məsələnin hərbi yolla həlli ola bilməz".


DİQQƏT!!! Qarabağda müharibə : "Hər vəziyyətə hazır olmalıyıq" - Sarkisyandan BƏYANAT