Xalq şairinin oğlunu ödürənin dayısını da tutdular

hadise 31-03-2017, 13:06
Xalq şairinin oğlunu ödürənin dayısını da tutdular










Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov dayısı İsa Zülfüqarov da saxlanılıb. İ.Zülfüqarov Bakı İstintaq Təcridxanasında saxlanılan Elnur Nəhmədov ilə qısamüddətli görüşə gedib və ona telefon ötürməyə çalışıb.

Musavat.com-un məlumatına görə, onun bu əməlinin qarşısı bir neçə gün əvvəl Penitensiar Xidmət əməkdaşları tərəfindən alınıb.

İsa Zülfüqarovun üstündən içərisində danışıq kartı olan “iPhone” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Qeyd edək ki, martın 12-də Yalçın Qocayev tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yeyib-içiblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. E.Nəhmədov mübahisə zəminində Y.Qocayevi döyərək qətlə yetirib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ruslan Məmmədov, eyni təvəllüdlü Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Pərviz Hüseynov tutulublar.
Oxunub: 367
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10