backend

Milli Qəhrəman Rövşən Əliyev - 42

Milli Qəhrəman Rövşən Əliyev - 42

Komandirini xilas edərkən başından aldığı güllə yarasından həlak olub.

Bu gün Milli Qəhrəman Rövşən Əliyevin doğum günündür.

Rövşən Nəriman oğlu Əliyev 1972-ci il avqustun 30-da Bakı şəhərində anadan olub.

O, 1991-ci ilin mayında könüllü olaraq cəbhəyə gedib, Ağdamda yaradılmış ilk hərbi batalyonlardan birinin tərkibində Sırxavənd, Qazançı, Muğanlı, Şıxbabalı, Abdal-Gülablı, Dəhraz və digər kəndlər uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, Abdal-Gülablı, Ağbulaq-Dəhraz əməliyyatlarında xüsusilə fərqlənib, 1992-ci il iyunun 14-də Dəhraz kəndi uğrunda növbəti döyüşdə əvvəlcə döyüş yoldaşlarının mühasirədən çıxmasına şərait yaradıb, sonra isə komandirini xilas edərkən başından aldığı güllə yarasından həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Bakıdakı 254 saylı orta məktəb onun adını daşıyır.