backend

Yalanının üzə çıxmasından ehtiyat edərək qadının qarnını yarıb körpəni götürdü

Yalanının üzə çıxmasından ehtiyat edərək qadının qarnını yarıb körpəni götürdü

Hamilə qadını evimizə aparmağa razı saldım.

Meksikada tükürpədici hadisə baş verib.

qaynarxett.az Lent.az-a istinadən xəbər verir ki, ailəsinə yalandan hamilə olduğunu deyən 29 yaşlı qadın ağlasığmaz cinayət törədib.

Belə ki qadın yalanının üzə çıxmasından ehtiyat edərək 8 aylıq hamilə Nadia Avilanın qarnını yararaq, körpəsini götürüb. Cinayətkar qadın hadisə ilə bağlı polisə bunları bildirib:

“Yalanımın üzə çıxmasından ehtiyat edərək bu hərəkəti etdim. Əvvəlcə hamilə qadını evimizə aparmağa razı saldım. Daha sonra isə onu zərərsizləşdirdim və qarnını yararaq, körpəsini çıxardım. Körpəni xilas etmək üçün xəstəxanaya apardım. Həkimlərin uşağın anasının kim olduğunu soruşdular. Mən cavab vermədikdə isə, onlar məndən şübhələndilər”.

Qeyd edək ki, həm körpə, həm də körpəsi qarnından çıxarılan qadın dünyasını dəyişib. Hazırda istintaq davam etdirilir.