backend

REAKSİYA!!! (Yenilənib) ZAKATALA ÜSYANIN BİR ADDIMLIĞINDA və ya Nadir Umarov:"Mənim yoldaşım erməni..."

REAKSİYA!!! (Yenilənib) ZAKATALA ÜSYANIN BİR ADDIMLIĞINDA və ya Nadir Umarov:"Mənim yoldaşım erməni..."
MÜBARİZ ƏHMƏDZADƏ KİPRDƏ DƏ BİZNES QURUB?

Zaqatalada cərəyan edən hadisələr əslində rayonun icra başçısı Mübariz Əhmədzadənin yarıtmaz fəaliyyətinin nəticəsidir.. Artıq neçə müddətdir ki, bu rayonun bir sıra dövlət strukturlarına aid olan idarə və təşkilatlarının fəaliyyəti tənqid obyekti olaraq ölkə mətbuatında işıqlandırılan mövzulardan birinə çevrilmişdir.

Qaynarxett.az xəbər verir ki, Zaqatalanın təhsil şöbəsinin, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər qurumların fəaliyyəti sakinlərin ciddi etirazlarına səbəb olur. Son vaxtlar bizə müraciət edən mənbələr isə bütün nöqsanların əsasında məhz Mübariz Əhmədzadənin bu qurumlar qarşısında qoyduğu qeyri-qanuni tələblərin, idarəetmədə yol verilən kobud səhvlərin durduğunu iddia edirlər. Digər tərəfdən isə rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik, yaşıllıqların məhv edilməsi və bir çox digər ciddi qanun pozuntularına dair ittihamlar da məlumatlarda öz əksini tapmaqdadır.
Qeyd olunur ki, icra başçısı vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verərək sanki əli çatan bütün torpaqları, zirzəmiləri və obyektləri ən qısa müddətdə satıb qurtarmağz calışır. Buna görə də nə sakinlərin haqlı şikayətləri, nə də ölkədə həyata keçirilən antikorrupsiya tədbirləri M.Əhmədzadənin fəaliyyətinə təsir edə bləcək gücə malik deyil. Aldığımız məlumatlarda iddia olunur ki, bu gün Zaqatalada hər hansı bir ərazini almaq üçün vəya artıq alınmış sahədə hər hansısa bir tikintini həyata keçirmək üçün sadəcə başçı ilə “anlaşmaq” kifayət edir. Bu məhsuldar fəaliyyətin nəticəsində isə M.Əhmədzadənin xüsusilə xaricdə qurduğu biznes şəbəkəsi sürətlə inkişaf edir.

Az müddət əvvəl mətbuatda dərc olunan yazılarda qeyd olunurdu ki, Zaqatalanın icra başçısı Kiprdə yerləşən özəl ali təhsil müəssisələrindən birini satın almışdır. Maraqlıdır ki, bu universitetin əvvəlki sahibinin E.Abdullayevlə bağlı qalmaqallarda, korrupsiya əməllərində iştirakına görə həbs olunmuş Vaqif Hüseyn olduğu bildirilir. Eyni zamanda da mənbə seçimin məhz Kiprə yönəldiyinin də təsadüfi olmadığını qeyd edir. Vurğulanır ki, həm M.Əhmədzadənin, həm də onun qardaşı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin artıq neçə müddətdir ki, bu ölkədə şəxsi evləri, villaları vardır. Təbii ki, Zaqatalanın icra başçısı bütün bu mülk və obyektləri heç də tutduğu vəzifəyə görə dövlətdən aldığı məvacib hesabına əldə etməyib. Bax elə bu məqamda da mənbələrin M.Əhmədzadənin rayondakı qurumlar qarşısında müəyyən qeyri-qanuni tələblər irəli sürməsinə dair iddiaları artıq özünəməxsus çalarlarla yenidən diqqət mərkəzinə gəlir

Əhməd Əhmədzadənin qohumu erməni imiş...

Qeyd olunurdu ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadənin büdcədən meliorasiya və su təsərrüfatına ayrılan milyonların bir sıra saxta MMC-lər vasitəsi ilə yuyulur. Onlar bu əməliyyatlar zamanı erməni əsilli qohumlarına da pay ayırırlar.
Belə ki, sənəddə 04 aprel 2011-ci ildə qeydiyyatdan keçmiş nizamnamə kapitalı cəmi 100 AZN olan "PROYEKT” MMC-nin təsisçiləri arasında Umarov Nadir Osman oğlu və Əhmədzadə Cuma Əhməd oğlu olduğu görsənir. Əhmədzadə Cuma Əhməd oğlu Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin oğludur. Milyonların yuyulduğu MMC-nin digər təsisçisinin kim olduğu isə hamıya maraqlı olduğu üçün araşdırma apararaq aşkar etdik ki, 1955- ci il təvəllüdlü Umarov Nadir Osman oğlu Əhməd Əhmədzadənin həyat yoldaşının dayısı oğludur. Maraqlısı isə odur ki, bu Umarov Nadirin öz həyat yoldaşı isə erməni milliyətinə məxsus 1989-cu ildə adını dəyişərək Fəridə olmuş Firadır. Maraqlısı isə odur ki, bu Fira bütün köhnə sənədlərini saxtalaşdıraraq özünü azərbaycanlı kimi qələmə verib, ancaq ehtiyatlanaraq yoldaşı ilə eyni evə pasport qeydiyatına da düşməmişdir. Əhmədzadələr bu erməni xanımın 1988-ci il hadisələri zamanı Avropaya qaçaraq sığınacaq almış bacısının da İsveçrə vətəndaşlığından istifadə edərək Avropada da bir neçə müxtəlif adlı firmalar açmışlar ki, bununla da həm özləri yararlanmış, həmçinin də Azərbaycanın dövlət büdcəsinin qaymağını erməni əsillilərə yedirtmişdilər. Umarov Nadirin özü və ailə üzvləri həmçinin ASC-nin ölü canları sırasındadır.İşləməsələr də əmək haqqı alırlar.

Zaqatala maliyə idarəsində özbaşnalıq


Rayon Maliyyə İdarəsilə bağlı əldə etdiyimiz ən son məlumatlara əsasən qeyd edə bilərik ki, sözügedən qurumun rəhbəri Ömərxan Mehdixan oğlu Şabanov az qala bütün idarə, təşkilat və müəssisələrin işinə müdaxilə edir, onları öz iradəsinə tabe olmağa çalışır. Maliyyə idarəsinin müdirinin yaranmış vəziyyətdən istifadə edərək bir sıra məqamlarda rayon sakinlərinin hüquqlarını pozduğunu iddia edən məlumatlı şəxsin bildirdiyinə görə, Ömərxan Şabanov dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə lazımi səviyyədə nəzarət edə bilmir:
«Hazırda Zaqatala Rayon Maliyyə İdarəsinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur. Belə ki, rayonun təhsil və səhiyyə sahələrinin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə məqsədyönlü xərclənmir. Çünki maliyyə idarəsinin müdiri özünü dövlət qulluqçusu, məmur kimi yox, məhz rəhbərlik etdiyi idarənin külli-ixtiyarı, bütün resurs və vəsaitlərin sahibi hesab edir». Mənbə iddia edir ki, Zaqatala Rayon Maliyyə İdarəsinin hesabat və məruzələrində şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində «Dövlət büdcəsi haqqında» Qanunun bir sıra maddələri kobud şəkildə pozulur: «Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Zaqatala rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə, təftiş edilmir. Təbii ki, müxtəlif yollarla əldə etdiyi külli miqdarda sərvət Ömərxan Şabanova yuxarı instansiyalarda hələ də öz mövqelərini saxlamağa müvəffəq olan bəzi məmurlar arasında himayədarlar da qazandırıb. Məhz həmin himayədarların sayəsində idarə müdiri indiyədək bütün təftiş və yoxlamalardan özünü sığortalamağa müvəffəq olub».

Ömərxan Şabanovun Zaqatala Rayon Maliyyə İdarəsinin müdiri vəzifəsinə gəldiyi gündən demək olar ki, yalnız şəxsi maraqları barədə düşündüyünü vurğulayan məlumatlı şəxsin sözlərinə görə, o, əsas vaxtını, enerjisini məhz bu istiqamətdə sərf edir: «İş o yerə çatıb ki, bu gün Zaqatalada onun bir sıra əməllərindən xəbərsiz olan adam qalmayıb. Lakin ölkədə həyata keçirilən bir sıra islahatlar, antikorrupsiya tədbirləri artıq öz töhvəsini verməkdədir. Bu tədbirlərin fonunda xüsusilə vətəndaşların aktivliyinin artması, neqativ hallara qarşı daha radikal mövqelərdən çıxış etmələri diqqəti cəlb edir. Bu tendensiya müxtəlif instansiyalara, o cümlədən mətbuata ünvanlanmış şikayət ərizələrinin məzmun dolğunluğunda, faktların açıq təqdimatında da öz əksini tapır. Elə Zaqatala Rayon Maliyyə İdarəsilə bağlı şikayətlərini bildirən rayon sakinləri də qeyd edirlər ki, adıçəkilən idarənin rəhbərliyi sərgilədiyi fəaliyyətilə ölkənin maliyyə sistemilə bağlı əldə olunan bir sıra uğurları şübhə altına alır, dövlətin maliyyə sütunlarına ağır zərbə vurur. Lakin buna baxmayaraq, başda Maliyyə Nazirliyi olmaqla, digər müvafiq qurumlar da Ömərxan Şabanova qarşı son dərəcə səbrli mövqe sərgiləyirlər. Halbuki yuxarı instansiyalar əhalinin haqlı narazılığını nəzərə alaraq Zaqatala Rayon Maliyyə İdarəsinin müdiri barəsində müvafiq tədbirlərin görülməsi üçün bir sıra zəruri addımlar ata bilərlər. Ancaq aidiyyəti orqanlar nəyisə, kimisə gözləyirlər…Çox guman ki onun arxasında rayon icra başçısı Mübariz Əhmədzadə dayanır.»

P.S:
ZAKATALA BU GÜN BARIT ÇƏLLƏYİNƏ BƏNZƏYİR. KİÇİK BİR QIĞILCIM KİFAYƏTDİR...RAYONDAN ALDIĞIMIZ MƏLUMATA GÖRƏ YERLİ MƏMURLARIN ZÜLMÜNDƏN BOĞAZA YIĞILMIŞ ƏHALİ ÇIXIŞ YOLUNU MİTİNQLƏRDƏ GÖRÜR. BƏS RAYON İH BAŞÇISI MÜBARİZ ƏHMƏDZADƏ NƏ FİKİRİNDƏDİR? Bu barədə növbəti yazımızda. BİZİ İZLƏYİN!!!

REAKSİYA!!! (Yenilənib) ZAKATALA ÜSYANIN BİR ADDIMLIĞINDA və ya Nadir Umarov:"Mənim yoldaşım erməni..."

...

Yazı cap olundugdan sonra yazıda adə hallanan “PROYEKT” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçilərindən biri Umarov Nadir Osman oğlu redaktorluga zənk acaraq bizimlə görüşmək istədiyini bildirdi. O qeyd etdi ki, yazıda adı hallanan onun həyat yoldaşı Fəridə xanım erməni deyil, azərbaycanlıdır. Bu barədə vaxtilə saytlarda təkzib də gedib. Biz həmin təkzib yazısını cox axtarsaq da tapa bilmədik. İş günü olmadıgından Nadir Umarovla görüşdük. Ona aydinlaşdirmaga calışdıq ki, onun haqqında bəhs olunmuş faktlar mətbuatda dərc olunmuş materiallara istinadən verilmişdir. Qarşı tərəf kimi onun mövqeyini də verməyə hazırıq. O, isə gözləmədiyimiz halda bizi reketcilikdə təqsirləndirərək numayişkarcasına təhqir edərək hədələdi.
Uzun axtarışdan sonra biz həmin təkzibi tapmaga müyəssir olduq. Həmin təkzibi Umarov Nadir Osman oğlunun mövqeyi kimi dərc edirik:



"Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadənin büdcədən meliorasiya və su təsərrüfatına ayrılan milyonların bir sıra saxta MMC-lər vasitəsi ilə yuduğunu eşitmişdik. Onlar bu əməliyyatlar zamanı erməni əsilli qohumlarını da unutmayaraq onlara da bu yağlı büdcə tikəsindən pay ayırırlar.
Bizimxeber.az-ın internet ünvanına maraqlı məlumat daxil olub.
Belə ki, sənəddə 04.aprel 2011-ci ildə qeydiyyatdan keçmiş nizamnamə kapitalı cəmi 100 azn olan “PROYEKT” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri arasında Umarov Nadir Osman oğlu və Əhmədzad Cuma Əhməd oğlu olduğu görsənir. Əhmədzadə Cuma Əhməd oğlu adından da görsəndiyi kimi Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin oğludur. Milyonların yuyulduğu MMC-nin digər təsisçisinin kim olduğu isə hamıya maraqlı olduğu üçün araşdırma apararaq aşkar etdik ki, 1955 ci il təvəllüdlü Umarov Nadir Osman oğlu Əhməd Əhmədzadənin həyat yoldaşının dayısı oğludur. Maraqlısı isə odur ki, bu Umarov Nadirin öz həyat yoldaşı isə erməni milliyətinə məxsus 1989-cu ildə adını dəyişərək Fəridə olmuş Firadır. Maraqlısı isə odur ki, bu Fira bütün köhnə sənədlərini saxtalaşdıraraq özünü Azərbaycanlıkimi qələmə versə də kiminsə onun izinə düşəcəyindən ehtiyatlanaraq yoldaşı ilə eyni evə pasport qeydiyatına da düşməmişdir. Əhmədzadələr bu erməni xanımın 1988-ci il hadisələri zamanı avropaya qaçaraq sığınacaq almış bacısının da İsveçrə vətəndaşlığından istifadə edərək avropada da bir neçə müxtəlif adlı firmalar açmışlar ki, bununla da həm özləri yararlanmış həmçinin də Azərbaycanın dövlət büdcəsinin qaymağını erməni əsillilərə yedirtmişdilər. Umarov Nadirin özü və ailə üzvləri həmçinin ASC-nin ölü canları sırasındadır.İşləməsələr də əmək haqqı alırlar.

***
Redaksiyanın elektron ünvanına göndərilən ittihamlara ravab olaraq Umarov Nadir Osman oğlu Bizimxeber.az-a bildirib ki, o, 1957-ci il təvəllüdlüdlüdür və Qax rayonunda anadan olub: “1980-cı ildə Ali məktəbi bitirmişəm və 1982-ci ildən Meliorasiya sistemində işləyirəm. Həyat yoldaşım Abdullayeva Fəridə Fərrux qızı ilə 1984 – cü ildə ailə qurmuşuq. Hal hazırda birgə Suraxanı rayonunda eyni ünvanda qeydiyyatdayıq və həmin ünvanda yaşayırıq. Abdullayeva Fəridə Fərrux qızı 1957-ci ildə Qax rayonunda anadan olub və azərbaycanlıdır. 1980-cı ildə Ali təhsil alaraq memar işləmişdir. Atası Abdullayev Fərrux Soltan oğlu 1923-cü ildə Qax rayonunda anadan olub və azərbaycanlıdır. Böyük Vətən müharibəsi iştirakçısı olub və ömrünün sonunadək Qax rayonunda baş həkim işləmişdir.
Anası Qaragözova Bahar Hacıbaba qızı 1925-ci ildə Şəki şəhərində anadan olub və azərbaycanlıdır. Ömrünün sonuna qədər Qax rayonunda həkim işləmişdir”.
N. Umarov əlavə edib ki, dünyasını dəyişmiş və bütün həyatları boyu azərbaycan xalqına xidmət eləyən insanlar haqqında belə məlumatları yayanlar öz nəslini araşdırsın və özünün ölü canlılar siyahısında olduğunu bilsin. O bir daha bəyan edib ki, həyat yoldaşı Abdullayeva Fəridənin bacısı 1988-ci ildə yox, 2002-ci ildə öz ailəsi ilə birlikdə xaricə köçüb və həyat yoldaşı azərbaycanlıdır."

BİR DAHA YAZIDA ADI KECƏN HƏR KƏSİN MÖVQEYİNİ DƏRC ETMƏYƏ HAZIRIQ.

Araşdırmamız davam edəcək.