backend

Ağdaşda 13 yaşlı məktəbli faciəli şəkildə öldü

Ağdaşda 13 yaşlı məktəbli faciəli şəkildə öldü

8-ci sinif şagirdi hadisə yerində ölüb.

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

qaynarxett.az APA TV-yə istinadən xəbər verir ki, hadisə dünən axşam Ləki-Xınaxlı avtomobil yolunun 8-ci kilometrliyində, Abad kəndi ərazisində qeydə alınıb.

Rayonun Ağzıbir kənd sakini 28 yaşlı Ədilov Mahir İbeydə oğlu idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən yolu velosipedlə keçən Abad kənd sakini, 13 yaşlı Abdulkərimov Rəmzi Əfqan oğlunu vurub.

Abad kənd orta məktəbinin 8-ci sinif şagirdi Rəmzi Abdulkərimov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.