backend

Ayətullahdan internet fətvası

Ayətullahdan internet fətvası

Mənəvi pozğunluğu artıra bilər.

İranın sərt təmayüllü vəzifəli ayətullahlarından biri bəyan edib ki, yüksək sürətli mobil internet qeyri-islamidir və insanlıq və mənəviyyat normalarına ziddir.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Böyük Ayətullah Naser Makarem Shirazi deyib ki, İran hökuməti yüksək sürətli mobil intrenet və 3G xidmətləri ölkədə geniş istifadə olunmazdan əvvəl onların “mənfi imkanlarını” önləyən tədbirlər görməldiir.

Mömin şiələrin nümunə hesab etdikləri Makarem Shirazi bildirib ki, internet xidmətlərinin tələm-tələsik genişləndirilməsi gənclərə anti-İslam məzmunlu filmlərə və başqa materiallara çıxış verər və mənəvi pozğunluğu artıra bilər.

Makarem Shirazi bu bəyanatı bir qrup internet istifadəçisinin sorğusu ilə bağlı verib.