backend

T'ƏCILI: Qarabağda yeni MÜHARİBƏ, qaçılmaz və MƏHVEDİCİ SONLUQ...

T'ƏCILI: Qarabağda yeni MÜHARİBƏ, qaçılmaz və MƏHVEDİCİ SONLUQ...

Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər. Belarus və Rusiyada bir-birinin ardınca genişmiqyaslı etiraz aksiyaları keçirilib. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri ətafında müzakirələr davam edir. Martın 29-da “Brexit” rəsmən başlayıb.
Azərbaycan Ordusunun nəyə qadir olduğunu prezidenti İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüşündə dilə gətirib. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə qadir silahlara malik olduğu deyən dövlət başçısı bildirib ki, aprel döyüşləri zamanı Azərbaycan hərbi potensialının cüzi hissəsini nümayiş etdirib: “Əks təqdirdə daş-daş üstə qalmazdı”.

İlham Əliyev: "İşğal edilmiş torpaqlarımızda baş verən və baş verə biləcək hadisələr daxili işimizdir"
İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirib.
.Azərbaycan və Ermənistan xarici işlər nazirləri hər iki ölkə prezidentinin görüşünün təşkili məqsədilə görüşəcəklər. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Riçard Hoqland həmçinin deyib ki, Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlarda bir neçə ağıllı plan var və tərəflər bu planlar ətrafında danışıqlar aparmalı, həll yolunu tapmalıdır. Onun sözlərinə görə, masadakı planların son planlar olmaması mümkündür. Amerikalı həmsədr “Lavrov planı”nın mövcudluğu ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, həmsədrlər belə terminlərdən istifadə etmir.

T'ƏCILI: Qarabağda yeni MÜHARİBƏ, qaçılmaz və MƏHVEDİCİ SONLUQ...

“Plan var: bu üç hissədən ibarətdir, lakin indi detallardan danışmaq yersizdir. Tərəflər bu planın üzərində işləyir”, - deyə o vurğulayıb.
Ermənistanın “Aykakan Jamanak” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb ki, ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşünün konkret nə vaxt keçiriləcəyinin məlum olmadığını qeyd edən mənbə diqqət çəkən bir informasiyanı da sızdırıb.
“ATƏT-in Minsk qrupu razılığa gəlmələri üçün münaqişə tərəflərinə tələblərini gücləndirib”, - deyə o bildirib.


ABŞ Qarabağın qaytarılmasına “hə” DEDİ: prezidentlər görüşəcək və...
Mənbə diqqət çəkən bir informasiyanı da sızdırıb.
Ermənistan prezidenti Serj Sarkisyanın martın 25-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəlib. Onun səfərində üç helikopter detalı diqqət çəkib. “Qraparak” qəzeti təhlükəsizlik mənbələrinə istinadən Sarkisyanın üç helikpterlə Qarabağa gəldiyini yazıb. “Bu, gözlənilən təhlükəni azdırmaq üçün idi. Heç kim prezidentin hansı helikopterdə olduğunu bilmirdi”, - deyə mənbə bildirib.

Sarkisyanın Azərbaycana gizli gəlişinin SİRRİ ORTAYA ÇIXDI
Səfərdə üç helikopter detalı diqqət çəkib.
“Joxovurd” qəzeti öz mənbələrinə istinadən Serj Sarkisyanın təhlükəsizliyinin gücləndirildiyini yazıb. Erməni mənbələr Sarkisyanın mühafizəsinin son zamanlar iki dəfə gücləndirildiyini deyib.
“Karneqi” fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı konfliktoloq Tomas de Vall Ermənistan mediasına müsahibəsində deyib ki, çoxları bu ilin yazında Dağlıq Qarabağ münaqişəsi zonasında müharibənin olacağını gözləyir. “Çünki ötən ilin “aprel müharibəsi”ndən sonra nizama salınma prosesində irəliləyiş yoxdur və diplomatiya heç bir naliyyətə imza atmayıb”, - o qeyd edib.


T'ƏCILI: Qarabağda yeni MÜHARİBƏ, qaçılmaz və MƏHVEDİCİ SONLUQ...

Martın 29-da ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat imzalayıblar. Bəyanatda bildirilir ki, səfərin əsas məqsədi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ən son hərbi və siyasi məlumatları əldə etmək, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsini və münaqişənin həlli istiqamətində gələcək addımları müzakirə etmək olub.
Qeyd edək ki, həmsədrlər martın 11-də Bakıda, martın 27-də Yerevanda və martın 28-də Dağlıq Qarabağda olublar.
Dağlıq Qarabağ ətrafındakı ərazilər konflikt tərəflərinin hazırda üzərində danışıqlar apardıqları sənəd əsasında Azərbaycana qaytarılmalıdır. Bunu “Kentron” televiziyasında çıxışı zamanı Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan söyləyib.
“Əgər biz bunu etməsək, o zaman nə vaxtsa bu torpaqları bizdən sanksiyalar yolu ilə geri alacaqlar. Dövlət gərək bunun üçün cəmiyyəti hazırlasın. Əgər Serj Sərkisyan bu yolla getsə, mən son ana qədər onun yanında olacağam”, – deyə o bildirib.
Ermənistanın birinci prezidentinin işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri ətafında müzakirələr davam edir. Erməni ekspertlər Petrosyanın Sarkisyanla birgə hərəkət etdiyini və əhalinin ərazilərin qaytarılmasına hazırlandığını hesab edir.

Qarabağın qaytarılması ilə bağlı GİZLİ SAZİŞ: Sarkisyanla Ter-Petrosyan RAZILIĞA GƏLDİ
Əraziləri qaytarmağa məcbur qaldılar...
ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastian Kurz aprel döyüşlərinin ildönümü ilə bağlı bəyanat verib. O, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatlarında həmsədrlərin tərəfləri siyasi həll prosesində iştirak etməklə bağlı çağırışlarına qoşulub.
Britaniyanın Beynəlxalq Araşdırmalar üzrə Kral İnstitutunun (Chatham House) analitik Lourens Broers isə xəbərdarlıq edib ki, Qarabağda “aprel müharibəsi”ndən daha dəhşətli toqquşma gözlənilir. Onun sözlərinə görə vəziyyət aprel hadisələrindən daha gərgindir.


T'ƏCILI: Qarabağda yeni MÜHARİBƏ, qaçılmaz və MƏHVEDİCİ SONLUQ...

Qarabağda “aprel müharibəsi”ndən daha dəhşətli toqquşma gözlənilir
“Bu dəfə vəziyyət aprel hadisələrindən daha gərgindir”.
Dağlıq Qarabağ nizamlanmasının bir çox aspektləri artıq razılaşdırılıb. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov APA-ya müsahibəsində deyib. O, heç bir “Lavrov planı”nın mövcud olmadığını söyləyib.

Lavrovdan Qarabağ AÇIQLAMASI: “Bir çox məsələlər razılaşdırılıb”
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Vaşinqton və Parislə sıx qarşılıqlı fəaliyyətimiz davam edəcək.
Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkədə təxribat hazırlayan şəxslərin fəaliyyətinin Amerika və alman fondları tərəfindən maliyyələşdirilməsini açıqlaması (martın 24-də – red.), ardınca, martın 25-nə təyin edilmiş mitinqdə zorakılığın tətbiq edilməsi gündəmin əsas mövzularındandır.
Müxalifətdə olan Belarus Milli Konqresinin lideri Nikolay Statkeviç hökumətin dəyişdirilməsi ilə nəticələnəcək mitinqlərin baş verəcəyi haqda xəbərdarlıq edib. O bildirib ki, ehtiyac olduğu halda etirazçılar paytaxt Minskin küçələrini tərk etməyəcək və Kiyevdəki Maydan Belarusda da təkrarlanacaq.