backend

SON ANDA!!! Hayk Halatyan: “Ermənistanda etirazlar..."

SON ANDA!!! Hayk Halatyan: “Ermənistanda etirazlar..."

Xəbər verdiyimiz kimi, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Ölkə prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçir. Bir sıra KİV seçki prosesində baş verən kütləvi pozuntu hallarından xəbər verir.

Məşhur erməni siyasi şərhçisi Hayk Halatyan virtualaz.org-a eksklüziv müsahibəsində bildirib ki, Yerevanda vəziyyət sakitdir. “Kütləvi pozuntulara inanmıram. Az qala bütün seçki məntəqələrində kameralar quraşdırılıb, xeyli sayda müşahidəçi, o cümlədən xarici müşahidəçilər var, təkrar səsverməyə yol verməmək üçün mexaniz tətbiq edilib”, - Halatyan vurğulayıb.

Onun sözlərinə görə, seçicilərin səsverməyə marağı böyükdür. Texniki qüsurları şərh edən ekspert bildirib ki, sistem ilk dəfə istifadə edildiyindən, xətalar qaçılmaz idi.

Seçkilərdən sonra narazı kütlənin ola biləcəyini deyən Hayk Halatyan miqyaslı etiraz aksiyalarının olacağını gözləmədiyini bildirib.


qaynarxett.az