backend

Ermənistanda parlament seçkilərinin qalibi məlum oldu

Ermənistanda parlament seçkilərinin qalibi məlum oldu











Ermənistanda aprelin 2-də keçirilmiş parlament seçkilərində hakim partiya qalib gəlir. Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

İlkin nəticələrinə görə parlamentə 4 partiya və blok keçir. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 1501 məntəqənin protokolları işlənib.

İlk pillədə hakim Respublika Partiyasıdır. Bu partiya seçicilərin 49,32% səsini toplayıb.

Növbəti yerlərdə isə aşağıdakılardır:

“Sarukyan” bloku 27,67 %
“Çıxış” bloku 7,39%
"Daşnakstyün" 6,74%
"Erməni dirçəlişi" partiyası 3,64%,
"Ohanyan - Raffi -Oskanyan" bloku 2,13%,

Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Parlament seçkilərində pozuntularla əlaqədar Ermənistan polisinə 176 məlumat daxil olub.