backend

BİLƏSUVAR İH başçısı "gülü" burnundan vurur: gizli .... macərası…., ev hədiyyəsi... VƏ SAİR...

BİLƏSUVAR İH başçısı "gülü" burnundan vurur: gizli ....  macərası…., ev hədiyyəsi... VƏ SAİR...Ölkədə mühüm dövlət postlarının şəxsi əlaqələr zəminində paylanması günümüzün acı reallığıdır.

İş o həddə çatıb ki, hətta heç bir idarəçilik təcrübəsinin olmadığı təsadüfi şəxslər də hazırda böyük vəzifə sahiblərinə çevriliblər.
Belələrindən biri də hazırda Biləsuvar icra hakimiyyətinin başçısı postunu tutan Mahir Quliyevdir. Bu yazıda dosye.org olaraq Mahie Quliyev haqda bu vaxtadək mediada yayılan məlumatlar üzərində araşdırma apararaq onun ofisantlıqdan icra başçılığına gedən yoluna nəzər salmağa çalışacağıq. Beləliklə….

Kimdir Mahir Quliyev?

Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. Onun haqqında maraqlı faktlardan biri də odur ki, Mahir Quliyevin heç bir ali təhsili olmayıb. Əmək fəaliyyətinə 1975-ci ildə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə kimi başlayan Mahir Quliyev haqda dosye.orgun media mənbələrindən əldə etdiyi məlumata görə yalnız 38 yaşına çatanda təhsil haqda düşünməyə vaxt tapıb. Bu isə ona vəzifə tutması üçün lazım olub, əks halda onun təhsil heç yadına da düşməzdi. Beləliklə yalnız 2000-ci ildə Bakı şəhərində heç kəs tərəfindən tanınmayan “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirən hazırkı icra başçısının keçdiyi həyat yoluna nəzər salmaqda davam edək.

O, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub.1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 2006-2011-ci illərdə isə Astara Rayon İcra Hakimiyyətinin Başçısı vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli Sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Mahir Quliyevi Bulvardakı “Sahil” restoranı ilə nə bağlayır?

Şüurlu fəaliyyətinin böyük bir hissəsini ictimai iaşə sektorunda çalışan Mahir Quliyev bir zamanlar Bakı Bulvarında yerləşən məşhur “Sahil» restoranından işləyib. İlk olaraq ofisant kimi işə götürülən Quliyev qısa müddətdən sonra bacarığına görə irəli çəkilir. Daha sonra isə o, «Sahil» restoranının admnistratoru olur. Məlumatda qeyd olunur ki, Heydər Əliyevin hakimiyyətə yeni gəldiyi dövrlərdə Bakıda ən gözəgəlimli və pristijli restoranlar sırasında olan «Sahil»ə məmurlar davamlı olaraq gəlirmişlər. Həmin məmurlar sırasında əksər nazirlərlə yanaşı, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev də təşrif buyururmuş. Restoranın müdiri ilə münasibətləri çox yaxşı olan Mehdiyevin davamlı olaraq «Sahilə» qədəm basması günün birində Mahir Quliyev üçün perspektivin açılmasına yardımçı olur.
Belə ki, restoranın müdiri daima onlara qulluq edən Mahir Quliyevin yaxşı bir işə keçirilməsi ilə bağlı Ramiz Mehdiyevdən xahiş edir. Elə həmin xahiş də Mahir Quliyevin gələcək karyerasının müəyyənləşməsində böyük rol oynayır. Əvvəlcə özünə Səbayel bələdiyəsində yer tapan Quliyev sonra daha böyük vəzifəyə – Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat almağı bacarır. 2011-ci ildən isə Biləsuvar rayonuna rəhbərlik etməyə başlayır.

Lətifəyə çevrilən hadisə

Bu əsnada dosye.org olaraq media üzərindən apardığımız araşdırmalar zamanı çox maraqlı bir fakta rast gəldik. Həmin məlumatda deyilir ki, Mahir Quliyev Bakıdan gələn qonaqları qarşılamalı olur. Dövlət işlərində heç zaman işləməyən sözügedən şəxs gələn qonaqları qarşıladıqdan sonra müşavirə keçirir və ilk iclasda da dili topuq vurmağa başlayır. Hətta çıxışı zamanı bir neçə dəfə ciddi səhvlərə yol verdiyi halda, Prezident Admnistrasiyasından gələnlər bunu onun «molodoy»luğuna bağışlayırlar.
İş gəlib rəsmi hissədən, ziyafət bölümünə keçir. Elə gülməli hadisə də bu zaman baş verir. Belə ki, öncədən restoranlardan birinə hazırlıq görülməsi barədə göstəriş verən Mahir Quliyev rəsmi tədbir qurtaran kimi, qonaqları İcra Hakimiyyətinin binasında buraxaraq, təcili həmin restorana gedir. İcra başçısının müavini orada olduğundan başçının gəlişindən təəccüblənir. Mahir Quliyev isə ziyafət zalına daxil olan kimi, tez-bazar masanın üzərini düzəltməyə, çəngəl-bıçağı qaydasında qoymağa başlayır. Bunu görən müavini ona yaxınlaşaraq deyir: «Cənab başçı, bu işlər sizlik deyil. Onlarla məşğul olan ofisantlar var. Siz icra başçısısınız. Bura da «Sahil» restoranı deyil». Həmin bu sözlərdən sonra ayılan Mahir Quliyev Astarının icra başçısı olduğunun fərqinə varı rvə yadına düşür ki, Bakıdan gələn qonaqları İcra Hakimiyyətinin binasında buraxaraq gəlib.

Biləsuvarın idarəçilindəki problemlər

Biləsuvar kimi strateji əhəmiyyətli rayonun başçısı, keçmiş kafe-restoran işçisi M.Quliyevi gündüz əlində çıraq axtarasan tapa bilməzsən. O, ilin bütün günlərini Bakıda olur. Rayonu isə onun bölgədə “dana oğrusu” kimi ad çıxarmış köməkçiləri idarə edirlər. Bu adamlar ona görə “dana oğrusu” adını alıblar ki, bir-neçə dəfə mal-qara oğurluğuna görə həbs ediliblər. Mediada yayılan məlumatlara istinadən dosye.org bildirir ki, M.Quliyev icra başçısı təyin olunandan sonra rayonda özü üçün 1000 hektarlarla ərazini mənimsəyib və əkin sahəsinə çevirib. Orada taxıl, qarpız və sarımsaq əkdirir. Onunla yanaşı müavinlər və şöbə müdirləri də ənənəvi şəkildə torpaqları ələ keçiriblər. İcra hakimiyyətinin büdcəindən müxtəlif “proqramlar” üçün silinən pulların böyük hissəsi sarımsaq-qarpız əkininə sərf edilir. Kafe-restoranlarda fəaliyyətə başlayan və dünyagörüşü kafe –restoranlagündən bu yana rayondakı mədəniyyət obyektlərini dağıdıb, yerində ticarət mərkəzləri tikdirib. Vaxtilə Muğam Teatrı kimi fəaliyyət göstərən bina hazırda yoxdur. Onun yerində isə mağaza tikiblər. Bu mağazalarda isə M.Quliyevin qoçu dəstəsinin qonşu İrandan gətirdiyi ərzaq və onun əkin sahəsində becərilən tərəvəz məhsulları satılır. Bu icra başçısı tovuz quşunu çox sevir. Bəlkə də ona görədir ki, yezidilərin simvolu olan tovuzquşunu sevməsi icra başçısında islam dininə qarşı bu qədər aqressiya yaradıb. Mahir Quliyev rayonun axunduna tapşırıb ki azan səsini azaldın. Hətta müqəddəs Ramazan ayında da biləsuvarlılar azan səsinə həsrət qalıblar.

Növbəti yazımızda isə aşağıdakı ANONSa cavab tapmağa çalışacağıq:

İcra başçısının gizli macərası…., ev hədiyyəsi...

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev barədə redaksiyamıza ilginc məlumat daxil olmuşdur. Məlumat başcının yaxın cevrəsindən sızdırıldıgından, göstərilən faktların ciddiliyini və ictimai əhəmiyyət kəsb etdiyini nəzərə alaraq araşdırma aparılır. Yaxın saatlarda araşdırmanın nəticələri barədə oxucularımıza ətraflı ŞOK məlumatlar verəcəyik. Bizi izləyin!

Bu və digər mövzularla bağlı daha ətraflı yaxın günlərdə…

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az