backend

Ordunun və xalqın səbri daşıb – Millət vəkili

Ordunun və xalqın səbri daşıb – Millət vəkili

Qənirə Paşayeva İslam Həmrəylik Oyunlarının könüllüləri ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili çıxışında Aprel şəhidlərinin ruhunu yad edib. O bildirib ki, ordumuz düşmənə layiq olduğu cavab verib və verməkdə davam edir:

“Azərbaycan Ordusunun da, xalqının da səbri daşıb və artıq “yetər” deyirik. Ermənistanda anlamalıdırlar ki, işğala son qoymasalar, ordumuz tərəfindən daha ağır cavab alacaqlar. Harada doğulmasından və yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha yaxşı çatdırılması üçün çalışmalıdır”.

Q.Paşayeva gəncləri sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb:

“Gənclərimiz Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməli və ölkəmizə qarşı yalan, böhtan kampaniyalarına qarşı mübarizə aparmalıdır”.

Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib.