backend

Azərbaycanda şagirdlərin sayı artır

Azərbaycanda şagirdlərin sayı artır

Müəllim heyətində ixtisarların olacağı ehtimalı mövcuddur.

2009-cu ildə başlanmış şagird sayının azalması tendensiyasında dönüş nöqtəsi yaranıb.

qaynarxett.az Abc.az-a istinadən xəbər verir ki, “Azərbaycan təhsili, elmi və mdəniyyəti, 2014” statistik hesabatına müvafiq olaraq keçən il orta məktəblərdə şagirdlərin sayı 1289272 nəfərə qədər artıb, 2012-ci ildə bu göstərici 1284853 nəfər idi.

Şagirdlərin sayının pik nöqtəsi 2000-ci ildə qeydə alınıb, o zaman yalnız dövlət məktəblərində təhsil alan şagirdlərin sayı 1653703 nəfər idi.

2013-cü ildə 4477 dövlət məktəbində 1281076 nəfər, 28 özəl məktəbdə isə 8196 nəfər təhsil alırdı. Ötən il Azərbacanda məktəblərin sayı 4508-dən 4505-ə qədər azalıb, baxmayaraq ki, hələ 2009-cu ildə ölkədə 4550 məktəb var idi.

Bunula yanaşı 2010-cu ildən 7 natamam orta məktəb mövcuddur, bu məktəblərdə 2990 şagird təhsil alır.

Eləcə də müəllim heyətinin ixtisarı ehtimalı var. 2013-cü ildə ölkədə 163181 müəllim çalışırdı, bu göstərici 2012-ci ildə 163542 nəfərdən ibarət idi. Müəllim məşğulluğunun pik həddi 2010-cu ildə qeydə alınıb, həmin il bu göstərici – 172579 müəllimdən ibarət olub.