backend

Hərrac “qara bazar”ı da vurdu

Hərrac “qara bazar”ı da vurdu









Valyuta hərracından sonra aprelin 5-də banklarla yanaşı, “qara bazar”da da dollar xeyli ucuzlaşıb.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, bu gün səhər saatlarında dolların alışı 1.7100 manatdan 1.6800 manata, satışı isə 1.7250 manatdan 1.7000 manata kimi düşüb. Bu isə manatın 1,4-1,7% bahalaşması deməkdir.

Qeyd edək ki, “qara bazarda” bu məzənnə sonuncu dəfə Novruz Bayramından əvvəl qeydə alınmışdı.

Hazırda banklarda isə dolların alış-satışı 1.68-1.74 manat arasında dəyişir.