backend

Lavrov: Ukraynaya hərbi müdaxilə olmayacaq

Lavrov: Ukraynaya hərbi müdaxilə olmayacaq

“Biz sülh tərəfdarıyıq”.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Ukrayna münaqişəsində Moskvanın hərbi müdaxiləsi imkanını istisna edib.

qaynarxett.az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Moskva böhranın yalnız sülh yolu və siyasi yanaşma ilə həll edilməsindən yanadır.

“Hərbi müdaxilə olmayacaq, biz bu ağır böhranın, faciənin yalnız sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Bizim bütün elədiklərimiz məhz siyasi yanaşmanı irəli sürməyə istiqamətlənib”, - Rusiyanın XİN MDBƏİ tələbə və müəllimləri qarşısında çıxış edərkən Sergey Lavrov bəyan edib.

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri həmçinin NATO-nun Rusiya sərhədlərində öz hərbi infrastrukturunu yerləşdirməsini kəskin tənqid edib.

Bundan başqa nazir, Aİ-nın sanksiyalar xətti çıxılmaz vəziyyətin yaratdığını qeyd edib.

“Mən heç istəməzdim ki, bizi sözün əsl mənasında xarici əməkdaşlıqda avropa istiqamətinin bağlanılmasına məcbur etsinlər, çünki qeyd edildiyi kimi biz Asiya Sakit Okean Regionuna nəyin isə əvəzinə deyil, məhz Aİ ilə iqtisadi, ticari, humanitar, texnoloji əməkdaşlığın möhkəmləndirilməsinə əlavə olaraq gedirik”, - XİN rəhbəri bildirib.