backend

ZIYA MƏMMƏDOVUN QOÇULARI JURNALİSTİ DÖYÜB, SONRA DA ŞÜVƏN SALDILAR

ZIYA MƏMMƏDOVUN QOÇULARI JURNALİSTİ DÖYÜB, SONRA DA ŞÜVƏN SALDILAR

Vüqar İsmayılov – respublikamızda və Rusiyada “QAİ- lərin qənimi” kimi tanınır.

Vüqar bəyin DYP işçilərinin “başına açdığı oyunlar” artıq el məsəllərinə çevrilib. Eyni zamanda Vüqar bəy Nəqliyyat Departamentinin əməkdaşlarını da bir neçə dəfə akmerasının yaddaşına köçürüb.

Həmçinin son dövrlər Tovuz rayonundan ölkə mətbuatında gedən bir çox informasiyaların, fotofakt və videofaktların da müəllifi Vüqar İsmayılovdur. Vüqar bəyin belə fəallığını nəzərə alan Kanal- 13 internet televiziyası onu əməkdaşlığa dəvət edib. Vüqar bəy hal- hazırda Kanal- 13- ün əməkdaşıdır. Onu da qeyd edək ki, nəqliyyat departamentinin Tovuz şöbəsinin işçiləri xeyli müddət bundan əvvəl Vüqar bəyi bir həftəlik həbs etdirmişdi. Ümumiyyətlə departamentin işçiləri Vüqar bəyi bu fəallığına görə hər an “ilişdirmək” istəyir. Nəhayət Məmmədov Ramil İsmayıl oğlu və digər iki nəqliyyat qoçusu Vüqar bəyi dünən “tora salıblar”. Vüqar bəy öz vəzifə borcunu yerinə yetirərkən, rayonda “ üç müşketiyor” kimi tanınan qoçuların hücununa məruz qalıb. Hadisə yerində 30 yaxın yerli sakin də olub və onlar Vüqar bəyi “müşketiyorların” əlindən alıblar. Amma Vqar bəyə xeyli maddi ziyan dəyib. Nəticəsə jurnalistin xidməti kamerası sıradan çıxmış, eynəyi yararsız ghala düşmüşdür. Bütün bunlar da az imiş kimi, həmin “üç muşketyor” Vüqar bəydən şikayət edərək guya döyüldüklərini iddia ediblər. Halbuki, Vuqar bəyin 30-a yaxın şahidi var. əslində döyülən Vüqar İsmayılov olub. Ivüqar İsmayılov həm də Qarabağ qazisidir. O, indi uğrunda döyüşdüyü torpaqlarda öz hüququnun qorunmasını istəyir. Buna görə də, bütün media mənsublarından, hüquq müdafiəçilərindən kömək istəyir. Gəlin Vüqar bəyə dəstək olaq.