backend

Ülviyyə Qasımovanın idarəçilik üsulu 245 saylı məktəbi uçuruma aparır

Ülviyyə Qasımovanın idarəçilik üsulu 245 saylı məktəbi uçuruma aparır
















Təhsil ocağı rüşvət bataqlığında batır

Son zamanlar bir çox təhsil ocaqları haqqında şikayətlərin ardı-arası kəsilmir. Xüsusilə Bakı şəhəri 245 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlar haqqında çoxsaylı şikayətlər daxil olur. Məktəbin direktoru Ülviyyə İsmayılovanın əməlləri isə nəinki valideynləri, hətta məktəbin pedoqoji kollektivini də narazı salıb.

Rubrika.az-a daxil olan məlumatda vurğulanır ki, məktəbdə rüşvət günü- gündən vüsət alır. Məktəbə 2 il öncə təyin olunan direktor Ülviyyə İsmayılova məktəbdə şagird hazırlayan müəllimlərdən hər şagirdə görə 10 manat haqq alır. Nəzərə alsaq ki, məktəbdə 2300 şagird və 80 sinif var, aldığı məbləği təsəvvür etmək çətin deyil. Direktor bu pulu məktəbin ehtiyaclarına xərcləndiyini söyləsə də 245 saylı məktəb tam təmirdən çıxıb və hər cürə avadanlıqla təmin olunub.

Şikayətlərdə bildirilıir ki,məktəbin yeməkxanasında qiymətlər od tutub yanır. Səbəbini isə yeməkxana işçisi direktora verdiyi aylıq “aylıq haqq” ilə izah edir. Bunun müqabilində direktor yeməkxananın antisanitariya durumuna və hətta orada qaydalara zidd olaraq müxtəlif yeməklərin bişirilməsinə yol verir.

Rubrika.az-a verilən məlumatda bildirilir ki, direktorun biznesi bununla bitmir. Buraya ildə 5 dəfə olan bayramlarda (müəllim günü, yeni il bayramı, 8 mart, Novruz bayramı) və ad günündə yığılan pulları əlavə etmək lazımdır. Bu prosesdə ibtidai sinif müəllimlərinin, xüsusi ilə də ibtidai siniflərin direktor müavininin xidmətləri çox böyükdür.Hələ bu da son deyil. Məktəbə şagird qəbulu, xüsusilə də birincilərin qəbulu əsil bazardır. Əldə də çox güclü arqumentlər, bəhanələr var: məktəbdə şagird sıxlığının böyük olması.

Şikayət edən müəllimlər bildirir ki, direktor Həmkarlar Təşkilatının məktəb kollektivinə bayramlarda ayırdığı pula da əl qoyur. İlin məktəbi müsabiqəsinə ayrılan pullar da direktorun cibinə gedib. Yəni 20 müəllimə yazdığı pulun çox hissəsini yenidən geri istəyib, yəni cibinə qoyub.Buraya şagirdlərin məqsədli olaraq qiymətlərinin aşağı salınması və payız imtahanına saxlanılan şagirdlərdən də pul alınaraq qiymətləndirməsini əlavə edə bilərik. Bu bazara fakültativ və dərnəklərdən, əvəzetmədən aldığı pulları da qoşsaq hələ də mənzərə tam olmaz. Bu barədə araşdırmalarımız davam edəcək və növbəti yazılarda bu barədə paylaşım olacaq.

TEYMUR