backend

Baş redaktor Zaqatalanın “meşə cəlladları” tərəfindən məhkəməyə verildi - XÜSUSI ITTIHAM QAYDASINDA!

Baş redaktor Zaqatalanın “meşə cəlladları” tərəfindən məhkəməyə verildi - XÜSUSI ITTIHAM QAYDASINDA!

Şabanov Vaqif Cuma oğlu rəhbərlik etdiyi Zaqatala Meşə Təsərrüfatı və Bərpası Müəssisəsində yol verilən ciddi hüquq pozuntularını necə ört-basdır edəcək?

Qaynarxett.az xəbər verir ki, həmkarımız, Azerinfo.az saytının baş redaktoru İbrahim Qubadoğlu Zaqatala Meşə Təsərrüfatı və Bərpası Müəssisəsində yol verilən ciddi hüquq pozuntuları barədə KİV-də etdiyi çıxışlarına görə müəssisənin rəhbəri Şabanov Vaqif Cuma oğlu tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Məlumat üçün bildirək ki, İbrahim Qubadoğlu təsisçi və baş redaktoru olduğu Azerinfo.az saytında mütəmadi olaraq Zaqatala Meşə Təsərrüfatı və Bərpası Müəssisəsində baş verən qanun pozuntularından bəhs edən yazılarla çıxış etmişdir. Bu yazılar, eyni zamanda, konkret video və audio materiallarla müşayiət olunmuşdur.
İttihamçı Şabanov Vaqif Cuma oğlu müəllifin - İbrahim Qubadoğlunun qeyd olunan yazılarda, həmçinin video və audio materiallarında onu ağır cinayətlər törətməkdə ittiham edərək, ona böhtan atmaqla kollektivdə şərəf və ləyaqətinin ləkələnməsi və nüfuzdan salınmasına cəhd edildiyini iddia edir.
Qeyd edək ki, Zaqatala Meşə Təsərrüfatı və Bərpası Müəssisəsində yol verilən ciddi qanun pozuntuları video və audio materialların köməyilə ictimailəşdirilib. Nəticədə isə Zaqatala Meşə Təsərrüfatı və Bərpası Müəssisəsinin rəhbəri Şabanov Vaqif Cuma oğlu məmurluq statusundan “yararlanaraq” saytın baş redaktorunu xüsusi ittiham qaydasında məhkəməyə verməklə azad sözü susdurmağa çalışır.
Tərəflərin dinlənilməsi üçün aprel ayının 10-na təyin olunan məhkəmə iclası Bakı şəhər Nəsimi rayon məhkəməsi binasında baş tutacaq.

Qaynarxett.az