backend

Un ucuzlaşdı: Çörəyin qiyməti aşağı salınacaq? - AÇIQLAMA

Un ucuzlaşdı: Çörəyin qiyməti aşağı salınacaq? - AÇIQLAMA














Azərbaycanda ən iri un istehsalçısı olan bir neçə şirkət qiyməti aşağı salıb. Son dövrlərdə manatın möhkəmlənməsi və maliyyə bazarlarında yaranmış sabitlik nəticəsində istehsal olunan unun maya dəyərində enmə olub.

Bununla əlaqədar 50 kiloqramlıq 1 kisə əla növ unun topdansatış qiyməti mart ayının əvvəli ilə müqayisədə 0,7-1 manat ucuzlaşıb. Şirkətlərin məlumatına görə, ötən il dövlət başçısının tapşırığına uyğun olaraq, 2016-cı ilin əvvəlindən buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi unun satış qiymətində baş verə biləcək kəskin qiymət artımının qarşısı alınıb.

Maraqlıdır, unun qiymətinin aşağı düşməsi çörəyin qiymətinə təsir edəcəkmi?

Cebhe.info bu suala cavab almaq üçün bir neçə çörək zavodu ilə əlaqə saxlayıb. Sualı eşitdikdən sonra bəzi zavodların nümayəndələri telefonu əməkdaşımızın üzünə bağlayıb, bəziləri isə sualdan yayınaraq cavablamayıb.

Kommunal xərclər bahalaşdıqda, unun qiyməti artdıqda özlərinə haqq qazandıran çörək zavodlarının nümaəyndələri bu dəfə susdular. Təkcə “Baker” çörək zavodundan bildirildi ki, unun qiyməti aşağı düşsə də, çörək ucuzlaşmayacaq: “Düzdür, unun qiyməti aşağı salınsa da kommunal xərclər yüksəkdir. Bu səbəbdən çörəyin qiymətinin ucuzlaşmasından söhbət gedə bilməz. Bu gün unun qiyməti qalxarsa, qiyməti qaldırmaq fikrində deyilik. Bunun üçün İqtisadiyyat Nazirliyinin göstərişi olmalıdır, daha sonra qiymət qaldırılmalıdır”.