backend

Erməni nazir orduya çağırış etdi: Hazır olun

Erməni nazir orduya çağırış etdi: Hazır olun

Ukrayna Silahlı Qüvvələri Donbasa qayıtmağa hazır olmalıdır.

Axar.az “112 Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Daxili İşlər naziri Arsen Avakov Şərqi Donbasa səfəri zamanı deyib.

Onun sözlərinə görə, Donbas əhalisinin təxminən 70 faizi Ukraynanın tərkibinə keçmək istəyir:

“Bölgənin Ukrayna mərkəzi hökumətinin tərkibinə keçməsinə hazır olmalıyıq. Donbasın qayıdışı diplomatika ilə yanaşı, hərbi yollarla da qorunacaq”.

Qeyd edək ki, erməni əsilli Arsen Avakov fevral ayında rəsmi Kiyevin Donbas və Krıma “yalnız sülh yolu ilə” qayıtmaq istədiyini bildirmişdi.