backend

Sensasion iddia : Əsəd rejiminin 9 kimyəvi silah istehsal edən zavodu var, orada ruslar çalışır

Sensasion iddia : Əsəd rejiminin 9 kimyəvi silah istehsal edən zavodu var, orada ruslar çalışır











“Suriyada Əsəd rejiminin 9 kimyəvi silah istehsal edən kompleksi var, burada rus hərbçilər iş başındadır.”
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Suriyadan yazdığı yazıları ilə tanınan jurnalist Yılmaz Bilgen çıxış edib.
Bilgen bu vaxta kimi Əsəd rejiminin 400 dəfə kimyəvi silahdan istifadə etdiyini deyib
“Rejim 400 dəfə kimyəvi hücum təşkil edib. 136 dəfə rəsmi şəkildə Birləşmiş Millətlər Təşkilatının nəzarətçiləri bunu təsdiqləyiblər. Əsədin Suriyada hələ də aktiv 9 kimyəvi silah istehsal kompleksi var. Bu müəssisələrdə böyük miqdarda Rus mühəndisləri və hərbi ekspertlər çalışır. ABŞ-ın Əsəd rejimini vurmaqda niyyəti heç də orada kimyəvi silahlarla vurulan insanlara görə deyil, Vaşinqtonun burada öz maraqları var. Suriya yeni bir prosesə doğru gedir. ABŞ PKK-nın Suriya qolu PYD-ni günü-gündən aktivləşdirir. Suriya xəritəsinin artıq incə detallarına başlandı.
Suriyada 70 rus qırıcısı, 45 döyüş helikopteri olduğu halda, uçuşa yasaq bölgə variantı mümkünsüzdür. ABŞ isə təsir etmə gücü olmadğı bölgələrə sirayət etmək istəyir. Bundan sonra, müxaliflərin yerləşdiyi İdlibə hücumların daha da artacağını ehtimal etmək olar” deyə jurnalist Bilgen qeyd edib.