backend

Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov 1 milyon manat dövlət vəsaitini mənimsəyib?

Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov 1 milyon manat dövlət vəsaitini mənimsəyib?
















Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümovla bağlı redaksiyamıza daxil olan məlumatları təqdim etmişik.

Həmin məlumatlarda şöbə müdiri 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham olunurdu.

Bildirilirdi ki, Loğman Müslümovun Quba Təhsil Şöbəsindəki ən böyük gəlir mənbəyi tikinti sahəsiidi. Belə ki, tikintiyə ayrılan 190 min manat müdir tərəfindən mənimsənilib. Başqa bir fakt isə inventarların alınması ilə bağlıdı. İddialara görə, Loğman Müslümov inventarların satın alınması üçün ayrılan 351 min manat dövlət vəsaitini məniməyib. Təhsil Şöbəsinin müdiri orta məktəblər üçün kompyuter avadanlıqlarının alınması məqsədi ilə ayrılmış 119 min manatın 100 minini özü yeyib. Loğman Müslümov digər maşın, avadanlıq və inventarların alınması üçün əlavə 235 min manat vəsaitin ayrılmasına nail olub. Amma bu işlərin görülməsinə 97 min manat xərclənib. Qalan 138 min manat ortada yoxdur. Bildirilir ki, Quba Təhsil Şöbəsinə yuxarıda sadalananlardan başqa da təxminən 200 min manat vəsait ayrılıb. Amma həmin pullar da aidiyyatı üzrə xərclənməyib. Beləliklə, şöbə müdiri 1 milyon manatdan artıq dövlət vəsaitini yoxa çıxardıb.

Bundan sonra isə Loğman Müslümovla bağlı yeni məlumatlar yayıldı. İddialara görə, Təhsil Şöbəsinin müdiri elan edib ki, direktorların müsahibə mərhələsi onun rəyindən asılı olacaq. Yəni kim keçmək istəyirsə, onu mütləq görməlidir. RTŞ müdrinin əvvəlcədən müvəqqəti direktor təyin etdiyi adamların bəzisi imtahandan keçə bilməyib.(radikalnews.info)Buna görə də, müdirin üstünə gələrək verdiklərini geri tələb ediblər. Loğman Müslümov isə bunun çıxış yolunu başqa cür tapıb. Belə ki, həmin yerə biliyi ilə keçən şəxsləri ləkələməklə onları direktorluqdan kənarlaşdırmaq niyyətindədir. Bunun üçün müxtəlif damğalayıcı ifadələrə əl atan müdir çalışır ki, rayonda və nazirlikdə biliyi ilə qalib gələn direktorlar barəsində pis rəy formalaşdırsın və nəticədə onlar müsahibə mərhələsini keçməsin.

Ardınca Loğman Müslümovun iclas çağırdığı və ordakı nitqində rüşvət alındığını etiraf etdiyi bildirildi. Deyilənə görə iclasda çıxış edən şöbə müdiri "Gedib haradasa məni satmaq lazım deyil, mən çoxdan satılmışam. Gedib artıq-əskik danışıb özünüzü biabır edirsiniz. Hamı bilir kim necə nəfəs alır. Kim necə dövlətlidir, necə işləyir, hansı fırıldaqla məşğuldur. Mən Təhsil Şöbəsinin müdiri kimi işləyirəm, rayon rəhbərliyi və digər qurumlar bilir necə işləyirəm, necə nəfəs alıram, nə ilə məşğulam. Sizin verdiyiniz 100, 200 manat da danışılır. Məktəb direktorları 30-40 manat pul verir, bunu da dilə gətirirlər. Gedib deyirlər ki, biz pul yığırıq. Bəli, həmin pullarla xalqın evini tikirik" deyib.
Bu arada Loğman Müslümovla bağlı yeni məlumatlar daxil olub. Quba İcra Hakimyyətindəki mənbənin bildirdiyinə görə, şöbə müdiri həbs oluna bilər. İddia olunur ki, şöbə müdirinin rəqibləri onunla bağlı müxtəlif orqanlara, o cümlərdən korrupsiyaya qarşı mübarizə idarəsinə çox ciddi faktlar ötürüb. Dövlət orqanlarına verilən məlumatlarda şöbə müdirinin yeyinti faktlarını sübut edən konkret sənədlərin olduğu bildirilir. Mənbəmiz deyir ki, bu faktlar şöbə müdirinin işdən çıxarılması və həbs olunması üçün yetirlidir.